Yuxarı

Bakıda polis maşınına çəkiclə hücum edildi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda polis avtomobilinə hücum edilib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun ANS-ə verdiyi məlumata görə, hadisə Nərimanov rayonu ərazisindəki Heydər Əliyev Mərkəzinin yaxınlığında qeydə alınıb.

O deyib ki, yol polisi əməkdaşları yol hərəkəti qaydalarını pozan sürücüyə protokol tərtib edərkən ərazidən keçən bir nəfər 99 YP 423 dövlət nömrə nişanlı polis avtomobilinə maddi xəsarət yetirib. "Ərazidə olan hüquq-mühafizə orqanı əməkdaşlarının səyi nəticəsində avtomobilə ziyan vuran şəxsin 1974-cü il təvəllüdlü Şahin Mail oğlu Bəylərov olduğu müəyyən edilib. Maşına ciddi ziyan vuran şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov rayonunun 18-ci polis bölməsinə aparılıb".

Bölmə rəisinin sözlərinə görə, Şahin Bəylərovun polis maşınlarına vurduğu zərər çox böyükdür: "O, kifayət qədər bahalı olan polis maşınına quraşdırılan "İ-patrul" sistemini (avtomoatik olaraq hərəkətli və ya hərəkətsiz halda qayda pozuntularını qeydə alan sistem) sıradan çıxarıb".

Saxlanılan şəxs əlindəki çəkiclə maşına zərbələr vurub. Onun hansı məqsədlə belə bir addım atdığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Tarix
2016.02.17 / 20:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla