Yuxarı

Arif Babayev Fərqanəyə niyə pislik edib?

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova "Yoldaş Rövşanə" verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, muğam ifaçısı atasının ona iradlarından danışıb: "Atam mənim ifamda o qədər qüsur tutur ki... Arada qəbul etmirəm, deyirəm, "Bəlkə mən səndən də yaxşı oxuyuram". Amma bəzən görürəm ki, atam düz edib mənə irad tutur. İndi muğamımız geriləyib. Çünki ustadlarla ünsiyyət yoxdur. Mənə "əməkdar artist" adından çox, "Alim Qasımovun qızı" deyilməsindən xoşum gəlir".

F.Qasımova xalq artisti Arif Babayev və bəstəkar Səyavuş Kəriminin onu muğam müsabiqəsindən kəsməsindən gileylənib: "Bu, mənim yaradıcılıq tariximdə qara səhifə idi. 2010-cu il idi. İndi də onların belə etməyinin səbəbini bilmirəm. Mənim üçün gözlənilməz hadisə idi. Üstünə gedib araşdırmaq istəmədim".

Muğam ifaçısı həyat yoldaşının onun sənətinə münasibətindən söz açıb: "Onlar bizə elçi gələndə bilirdilər ki, mən xanəndəyəm. O vaxt atamla diskim də çıxmışdı. Ona görə də sənətimlə bağlı heç bir problemim olmayıb. Sonradan həyat yoldaşım da musiqi ilə maraqlanmağa başladı".

Tarix
2016.02.19 / 22:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla