İrəvanda şok yaşanır: Hərbçilər aksiyaçılara qoşuldu
02:10
Ana səhifə Planet |
Yaponiyalı bir kişi görmə qüsurlu həyat yoldaşı üçün böyük gül tarlası yaradıb.
Axar.az xəbər verir ki, Yaponiyanın Miyazaki bölgəsində yaşayan Kuroki cütlüyünün qeyri-adi tarlası böyük marağa səbəb olub. Adı gizli saxlanılan qadın iki il əvvəl şəkər xəstəliyinə görə görmə qabiliyyətini itirib. Buna görə depressiyaya düşüb və evdən çölə çıxmayıb.
Qadının həyat yoldaşı isə getdikcə həyatdan əlini üzən arvadı üçün möhtəşəm plan hazırlayıb. 2 il boyunca böyük gül tarlası yaradıb və onun bu ideyası minlərlə turistin diqqətini cəlb edib. Güllər və ziyarətçilərə görə çox xoşbəxt olan qadın evdən çölə çıxmağa başlayıb. Qadın görməsə də, güllərin qoxusu sayəsində özünü daha da yaxşı hiss etdiyini deyib.
Tarix
2016.02.20 / 01:50
|
Müəllif
Aytac Qədirova
|