Yuxarı

“Türkiyə buna gedərsə, Rusiya və İranı da...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Türkiyə buna gedərsə, Rusiya və İranı da...”

Ankarada baş verən terroru təkcə PYD-ninTürkiyənin anti-terror əməliyyatlarına bir cavabı olaraq qiymətləndirmək düzgün olmazdı.

Bu barədə analitik Vüqar Zifəroğlu Axar.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, bəzi xarici qüvvələr Türkiyəni açıq şəkildə təhdid edirlər:

"Əslində, hadisənin üstüörtülü bir hədəfi də Türkiyəni Suriya bataqlığına çəkməkdir.Ankara buna gedərsə, ikinci Pakistana çevrilə bilər. Bu zaman onun "Əfqanıstan"ı da Suriya olacaq. Bu səbəbdən də istər daxildə, istərsə də xaricdə anti-terror əməliyyatlarının miqyasını artırmaqla qarşısına qoyduğu hədəfə çatmağı planlaşdıran Türkiyə açıq hərbi müdaxiləyə getmək kimi təhlükəli və riskli qərarlar verməz. Çünki belə olan halda Türkiyə qarşısına təkcə Suriyanın daxilində savaşan Əsədə bağlı qüvvələri deyil, eyni zamanda, İran və Rusiyanı almış olacaq. Bu isə onsuz da bölgədə mürəkkəb olan vəziyyəti daha çıxılmaz edə bilər".

Qeyd edək ki,17 fevralda Ankarada baş verən teraktda 28 nəfər ölüb, 61 nəfər isə yaralanıb.

Tarix
2016.02.20 / 10:04
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev Leyenlə təkbətək görüşdü

ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir?

Buna görə Bakıdayam - Leyen

Leyen Azərbaycanda səfərdədir: Bayramov qarşıladı - Foto

Azərbaycanın yəhudi icmalarından İsrailə çağırış

Batya qəfildən Çinə getdi - Putinlə görüşdə nə baş verib?

Prezident Luiza Arbura məktub ünvanladı

İlham Əliyev Somali prezidentini təbrik etdi

Dron hücumu: 77 yaşlı azərbaycanlı həlak oldu - Foto

Rusiyadakı azərbaycanlılar ölkədən köçür? - Qisas planı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla