Yuxarı

“Əslində, Suriyada dünya müharibəsi gedir”

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Əslində, Suriyada dünya müharibəsi gedir”

Suriyada baş verənlər dünya müharibəsinin kiçik modelini xatırladır.

Bu barədə Axar.az-a analitik Vüqar Zifəroğlu açıqlama verib. O bildirib ki, Suriya düyününün çözülməməsinə başlıca səbəb region ölkələri və bölgədə öz mövqelərini qorumağa çalışan güclərin baş verənlərə öz maraqları çərçivəsindən baxmalarıdır:

"Hazırkı proseslər Suriyada gedən proseslərin daha kəskin hal alacağını deməyə əsas verir. Türkiyə son bir həftədir ki, Suriyanın şimalındakı kürd bölücü qruplaşmalarına hava zərbələri endirir. Deməli, Türkiyə heç bir halda Rusiyanın bu proseslərdə kürd faktorundan istifadə etməsinə imkan verməyəcək. Çünki Ankara Suriyanın şimalında özü üçün münasib zəmin yaratmaqda israrlıdır".

V.Zifəroğlunun fikrincə, Səudiyyənin bölgədə, xüsusilə də Suriyadakı proseslərdə fəallaşmaları birbaşa İran və Rusiyaya mesajdır:

"Ər-Riyadın bütün istiqamətlərdə, əsasən də Suriya və Yəmənlə bağlı aktivliyi Suriyadakı sünni tayfalarını aktivləşdirəcək. Əsəd isə nəinki istefa verməyə hazırlaşır, hətta apreldə keçiriləcək seçkilərdə iştirak etməkdə israrlıdır. Bu isə indidən hansı namizədin "qalib" gələcəyi ilə bağlı fikir yürütmək üçün bəs edir".

Analitik sözlərinə görə, Suriya daxilində bir-birinə qarşı savaşan qruplaşmaların atəşkəsə sonadək əməl edəcəkləri şübhəlidir:

"Bu qarışıqlıqda xüsusi pay sahibi olan İŞİD faktorunu da nəzərə alsaq, ümumiyyətlə, Yaxın Şərq proseslərinin müsbət nəticələnəcəyini söyləmək çətindir".

Qeyd edək ki, Rusiya və ABŞ arasında Suriya ilə bağlı əldə edilən razılığa əsasən, atəşkəs rejimi fevralın 27-də qüvvəyə minəcək.

Tarix
2016.02.26 / 08:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla