Yuxarı

Energetika Nazirliyində toplantı keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 29-da Bakı şəhərində təşkil olunacaq Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II iclasına hazırlıqla bağlı Energetika Nazirliyində nazir Natiq Əliyevin rəhbərliyi ilə toplantı keçirilib.

Nazirlikdən Axar.az-a verilən məlumata görə, toplantıda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndələri də iştirak ediblər. Müzakirələrdə iştirakçı ölkələri təmsil edəcək qonaqların dəqiqləşdirilməsi işinin başa çatdığı bildirilib. Hazırlıq işlərinə həsr olunmuş iclasda təşkilati məsələlər müzakirə edilib və müvafiq tapşırıqlar verilib. Məşvərət Şurası iclasının gündəliyi, çıxış mövzuları və Birgə Bəyannamə ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II iclası üç plenar sessiya və dəyirmi masadan ibarət olacaq. Həmçinin Birgə Bəyannamənin imzalanması və energetika naziri Natiq Əliyev, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç və ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokstaynın KİV üçün birgə bəyanatla çıxışı nəzərdə tutulub.

Tarix
2016.02.27 / 15:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla