İrəvanda şok yaşanır: Hərbçilər aksiyaçılara qoşuldu
02:10
Ana səhifə Planet |
Rusiya Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinin sədri Aleksey Puşkov Suriyada əldə olunan atəşkəsə münasibət bildirib.
Axar.az xəbər verir ki, komitə sədri atəşkəs razılığında Moskvanın müstəsna xidmətlərinin olduğunu deyib:
"Rusiyanın hərbi əməliyyatı olmasaydı, Suriyada atəşkəs və danışıqlar olmazdı. İŞİD və Nüsrə Cəbhəsi isə Dəməşqi öz aralarında böləcəkdilər. Suriyada atəşkəs başlamadan Obama şübhələrini dilə gətirməyə başladı. ABŞ Müdafiə Nazirliyi isə atəşkəsin uğursuzluğuna görə Rusiyanı günahlandırmağa hazırlaşır".
Xatırladaq ki, bu gündən etibarən Suriyada bütün tərəflər atəşkəsə əməl edəcəyini açıqlayıb. Nüsrə Cəbhəsi və İŞİD-ə qarşı əməliyyatlar davam edir.
Tarix
2016.02.27 / 16:30
|
Müəllif
Şəmsəddin Ənsar
|