Yuxarı

Davudoğlunun İran səfərində mühüm məqam

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Davudoğlunun İran səfərində mühüm məqam

Davudoğlunun İrana gözlənilən səfərinin Cenevrədə keçiriləcək Suriya sülh danışıqlarına yaxın zamanda olması diqqət çəkir.

Bu barədə Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu bildirib. Onun sözlərinə görə, Türkiyə İrandan aldığı qazın qiymətinə yenidən baxılması məsələsini irəli sürə bilər:

"Səfərin detalları rəsmi şəkildə elan edilməsə də, iki əsas məsələ gündəmdə olacaq. Birincisi, Suriya və İraqda baş verən proseslərlə bağlıdır. İkinci mühüm məsələ isə İrandan alınan qazın qiymətinə təkrar baxılmasıdır. Rəsmi Ankara illərdir ki, buna çalışsa da, ortada bir nəticə yoxdur. Səfər əsnasında müəyyən iqtisadi-ticari əməkdaşlıqlarla bağlı danışıqlar gedə bilər. İran hazırda böyük bazardır. Qərbin İrana istiqamətlənməsi lojistik nöqteyi-nəzərdən türk şirkətərinin qarşısında geniş imkanlar aça bilər. Türklər İran bazarına müəyyən qədər bələddirlər".

V.Zifəroğlu Türkiyə baş nazirinin İrana səfərini olduqca əhəmiyyətli sayır:

"Əsas müzakirə mövzusu Suriya məsələsi olacaq. Səfərin martın 9-da Cenevrədə keçiriləcək Suriya sülh danışıqlarına yaxın zamanda olması diqqəti çəkir".

Qeyd edək ki, Türkiyə Baş naziri Əhməd Davudoğlu martın 4-də İrana səfər edəcək.

Tarix
2016.03.04 / 09:42
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Bayağı verilişlər bağlandı, efir təmizlənir: İndi nə olacaq?

Cövdət Yılmaz Azərbaycana gəldi

Elxan Mikayılov işdən çıxarıldı

Putin bunu istədi, Paşinyan açıq şəkildə rədd etdi

Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq

Əli Əsədov TDT baş katibi ilə görüşdü

Daha bir ölkənin baş naziri Azərbaycana gəldi

İnzibati Xətalar Məcəlləsi ilə bağlı yeni qərar

“Urban Expo” sərgisinə qeydiyyat müddəti uzadıldı

Bu, Paşinyanla Əliyevin sayəsində mümkün olub - Putin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla