Ana səhifə Toplum |
Gələcəkdə Azərbaycanda Maliyyə Sabitliyi Komitəsinin
yaradılması planlaşdırılır.
APA xəbər verir
ki, bunu Milli Məclisin növbəti plenar iclasında Qiymətli Kağızlar
üzrə Dövlət Komitəsinin sədri, Maliyyə Bazarlarına Nəzarət
Palatasının yaradılması üzrə İşçi qrupunun rəhbəri Rüfət Aslanlı
deyib.
Onun sözlərinə görə, Maliyyə Sabitliyi Komitəsində Maliyyə
Nazirliyi, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasının
nümayəndəliyi təmsil olunacaq.
"Bu üç qurum arasında Memorandum imzalanacaq. Artıq bu sənəd də
hazırdır", - deyə R. Aslanlı bildirib.
R. Aslanlı əlavə edib ki, bu gün Milli Məclisin plenar iclasında müzakirə olunan 24 məsələdən ibarət olan paketdə Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətləri öz əksini tapıb. İşçi qrupunun rəhbəri Palatanın strukturu və idarə edilməsi ilə funksiyaları açıqlayıb.
Tarix
2016.03.04 / 13:47
|
Müəllif
Axar.az
|