Yuxarı

Güllələnən əsgərlə bağlı cinayət işi qaldırldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 26-da Tovuz rayonunda yerləşən N saylı hərbi hissənin əsgəri Cəmil Elxan oğlu Hüseynzadənin tabeçiliyində olduğu zabit və 5 əsgər tərəfindən ölümcül döyülərək kanala atılması barədə valideynlərinin mətbuata açıqlamasına münasibət öyrənmək üçün Qazax Hərbi Prokurorluğuna müraciət etdik.

"Axar.az"ın müraciətinə cavab olaraq Hərbi Prokurorluqdan bildirildi ki, hadisə ilə bağlı cinayət işi başlanılıb və işi müstəntiq Xəyal Rüstəmov aparır.

"İş obyektiv aparılacaq"

Müstəntiq Xəyal Rüstəmov hadisəylə bağlı geniş məlumat verməkdən imtina etdi: "İşin istintaqı gedir, ona görə də ətraflı məlumat verə bilmərəm".

Qeyd edək ki, əsgərin öz-özünü güllələməsi barədə qeyri-rəsmi məlumatlara Cəmil Hüseynzadənin valideynləri işi ört-basdır etmək kimi reaksiya verirlər. Onların sözlərinə görə, istintaqı yanlış səmtə yönləndirmək və məsuliyyətdən qurtarmaq üçün belə izahatlar təqdim edilir və şayiələr yayılır.

Bu barədə sorğumuza müstəntiq Xəyal Rüstəmov, "Əmin ola bilərsiniz ki, işə obyektiv baxılacaq", - deyə cavab verdi.

Tarix
2013.11.01 / 13:14
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla