Yuxarı

Rəsmi Bakı 5 rayonla razılaşmayacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəsmi Bakı 5 rayonla razılaşmayacaq

Beş və ya yeddi rayonla bağlı müzakirələr, tərəflərin müxtəlif səviyyədə açıqlamaları "Kazan formulu" ilə əlaqədardır.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Analitik bildirib ki, hazırkı manipulyativ yanaşmalar da məhz bundan qaynaqlanır:

"Bildiyimiz kimi, həmin formula əsasən, İrəvan Dağlıq Qarabağ ətrafındakı rayonlardan - Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları və Laçının 13 kəndindən işğalçı qoşunlarını çıxarır və məcburi köçkün düşmüş vətəndaşlarımız həmin ərazilərdə yerləşdirilir. Həmin ərazilərdə təhlükəsizliyin qorunması beynəlxalq sülhməramlı qüvvələrə həvalə olunur, Laçın rayonunda isə Ermənistanla Qarabağı birləşdirən dəhliz yaradılır. Daha sonra isə Dağlıq Qarabağın statusuna baxılır. Rusiya hazırda bu formulun üzərində manevr edərək əvvəlcə 5 rayon məsələsini qoyur. Bizim üçün dəyişməz qırmızı cizgi - münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllidir. Prezidentin də vurğuladığı kimi, Azərbaycan heç bir halda öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Rəsmi Bakı danışıqlar prosesində o səbəbdən iştirak edir ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində həll edilsin. Əgər proses bu şəkildə davam etməsə, müharibə yenidən labüd olacaq".

Tarix
2016.04.16 / 08:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

İlham Əliyev Leyenlə təkbətək görüşdü

ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir?

Buna görə Bakıdayam - Leyen

Leyen Azərbaycanda səfərdədir: Bayramov qarşıladı - Foto

Azərbaycanın yəhudi icmalarından İsrailə çağırış

Batya qəfildən Çinə getdi - Putinlə görüşdə nə baş verib?

Prezident Luiza Arbura məktub ünvanladı

İlham Əliyev Somali prezidentini təbrik etdi

Dron hücumu: 77 yaşlı azərbaycanlı həlak oldu - Foto

Rusiyadakı azərbaycanlılar ölkədən köçür? - Qisas planı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla