Yuxarı

Rusiya Qarabağın qaytarılmasında maraqlı deyil

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiya Qarabağın qaytarılmasında maraqlı deyil

Lavrovun Türkiyəni açıq şəkildə ittiham edən son bəyanatları və eləcə də İrəvana səfəri əsnasında yayılan məlumatlar onu deməyə əsas verir ki, Rusiya Cənubi Qafqaz siyasətində ciddi problemlər yaşamaqdadır.

Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Analitik bildirib ki, Rusiya Qarabağın Azərbaycana qaytarılmasında maraqlı deyil:

"Rusiya getdikcə problemə nəzarəti itirir və bu acı reallıq Moskvanı daha çevik, hətta lazım gələrsə, müəyyən güzəştlərə məcbur etmək məqsədilə ermənilərə qarşı kəskin addımlar atmağa sövq edə bilər. Rusiyanın hazırda əsas hədəfi maksimum dərəcədə mövcud vəziyyətdən bəhrələnmək və hər iki ölkəyə təzyiq imkanlarını qoruyub saxlamaqdır. Sülhməramlıların işğal edilmiş ərazilərə yeridilməsi adı altında rəsmi Moskva məhz öz silahlı birləşmələrini nəzərədə tutur".

V.Zifəroğlu bildirib ki, Rusiyanın hazırkı aktivliyi eyni zamanda Türkiyəni regiondan və eləcə də proseslərdən maksimum təcrid etmək məqsədi daşıyır:

"Gürcüstanın NATO-ya inteqrasiyası, Cənubi Qafqazda Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının inkişaf perspektivləri Rusiyanı ciddi şəkildə narahat edir. Moskvanın bu aktivliyi heç də xoş münasibətlərdən və problemi həll etmək istəyindən irəli gəlmir. Rusiya maksimum dərəcədə münaqişənin hazırkı vəziyyətdə dondurulmasında və Qarabağ problemindən hələ uzun illər təzyiq aləti kimi istifadə etməkdə maraqlıdır".

Tarix
2016.04.24 / 10:06
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Vuçiçdən Əliyevə minnətdarlıq: Milli lider...

Əliyev açıqladı: Gözlənilməz ssenarilər mövcuddur!

Belqradda Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirildi

Vuçiç bu il Azərbaycana gələcək

Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırıq

İstərdim ki, azərbaycanlılar... - Serbiya prezidenti

Mehriban xanım xatırlatdı: Emin qadın paltarında niyə qaçmışdı?

İki dost ölkə daim bir-birinin yanındadır - Prezident

Azərbaycan-Serbiya sənədlərinin mübadiləsi oldu

Mehriban Əliyeva onu məhv etdi: Qadın paltarında… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla