Yuxarı

Elxan Süleymanov səhiyyə naziri təyin edildi

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çeçenistan Respublikasının rəhbəri vəzifəsinin icraçısı Ramzan Kadırov Azərbaycan Tibb Universitetinin (ATU) məzunu Elxan Süleymanovu yeni səhiyyə naziri təyin edib.

Report xəbər verir ki, bu barədə o öz İnstaqram səhifəsində yazıb.

"Bu gün mən yeni səhiyyə naziri təyin etdim. Bu vəzifəni təcrübəli həkim, səhiyyə təşkilatçısı, gözəl mütəxəssis Elxan Süleymanova həvalə etdim. Mən bir neçə ilə əvvəl onu Moskvadan Qroznıya gəlməyə və Onkoloji Dispanserə rəhbərlik etməyə razı salmışdım", - deyə o bildirib.

Elxan Süleymanov ATU-nu fərqlənmə diplomu ilə bitirib. Təhsildən sonra Bakı Onkoloji Elmi Mərkəzində işləyib.

Bundan əvvəl Çeçenistanın Səhiyyə naziri Musa Əhmədov olub.

Tarix
2016.04.28 / 23:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla