Yuxarı

Hesablama Palatası dövlət qurumlarını qınadı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bir sıra dövlət qurumları, o cümlədən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, "Azərenerji" ASC, Milli Arxiv İdarəsi və Xızı rayon İcra Hakimiyyətinin rəhbərliyi büdcə vəsaitinin artıq və səmərəsiz istifadəsinə yol vermiş əməkdaşları ilə bağlı intizam tənbeh tədbirlərini ümumiyyətlə tətbiq etməyib. Bu isə gələcəkdə nöqsanların təkrarlanması riskini artırır.

Report xəbər verir ki, bu barədə Hesablama Palatasının 2015-ci ildəkı fəaliyyəti haqqında hesabatında göstərilib.

Palata hesabatında qeyd edir ki, Dövlət Sosial Müdafiə Fondu (DSMF) üzrə müəyyən vəsaitin də ödənilməsi təmin edilib: "Dövlət büdcəsi ilə yanaşı DSMF üzrə aparılmış nəzarət tədbirlərinin nəticələrinə əsasən, 266,0 min manat vəsait Fondun büdcəsinə bərpa edilib, həmçinin, məcburi dövlət sosial sığorta haqları üzrə az hesablanmış 636,9 min manat məbləğində vəsait sığortaedənlərin hesabatlarında əks olunub. Fondun rayon və ya şəhər şöbələri tərəfindən vətəndaşlara ödənişlər üzrə əskik məbləğlərin vətəndaşların hesablarına köçürülməsi təmin edilib və bu, cəmi 13,2 min manat təşkil edib".

İşlərində nöqsanlara yol vermiş 398 şəxslə bağlı qanunvericiliklə müəyyən edilmiş qaydada bir sıra intizam tənbeh tədbirləri ilə bağlı məlumatlar da Hesablama Palatasına təqdim edilib.

Ötən il Palata tərəfindən Azərbaycanın 2014-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata, 2016-cı ilin dövlət büdcəsi haqqında və DSMF-nin 2016-cı il büdcəsi haqqında qanun layihələrinə rəylər hazırlanaraq Milli Məclisə təqdim olunub. Tərtib edilmiş rəylərdə ilk dəfə olaraq Hesablama Palatasının nəticə və tövsiyələri, həmçinin ümumilikdə 98 təklif və 15 tövsiyə əks etdirilib.

"Ümumilikdə, məlumatların təhlili göstərir ki, audit olunan bəzi qurumların nöqsanların aradan qaldırılması ilə bağlı fəaliyyəti qənaətbəxş olmayıb. Belə ki, hesabat tərtib olunan dövrə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi və "Azərsu" ASC tərəfindən Hesablama Palatası Kollegiyasının qəbul edilmiş qərarları tam icra edilməyib", - deyə sənəddə qeyd olunub.

Tarix
2016.04.30 / 18:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna müvəffəq oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla