Yuxarı

Nəsiminin Yusifi 78 yaşında

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan kinosunda özünəməxsus yeri olan aktyor, xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür.

Axar.az xatırladır ki, Kamal Xudaverdiyev 1938-ci il mayın 3-də Bakıda anadan olub. 1965-ci ildə ali təhsilini başa vuran Kamal Xudaverdiyev Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun təklifi ilə teatra işə dəvət olunub. Ömrünün sonuna qədər həmin teatrda fəaliyyət göstərən aktyor bu illər ərzində gözəl tamaşalarla yanaşı, televiziya tamaşalarında da bir-birindən maraqlı obrazlar yaradıb.

"Atayevlər ailəsi"ndə oynadığı İldırım, "Şərqin səhəri"ndə Cavanşir bəy, "Alov"da Qaşqay obrazları bu gün də tamaşaçıların yaddaşında yaşayır.

Kamal Xudaverdiyev eyni zamanda kinoda da maraqlı rollar canlandırıb. O, "Əlvida cənub şəhəri" (İsmayıl dayı), "Qəzəlxan" (Qafarzadə), "Qatır Məmməd" (Əhəd), "İstintaq davam edir" (Çingizov), "Nəsimi" (Yusif), "Dağlarda döyüş" (Baş leytenant Rəhimov) kimi filmlərdə özünəməxsus obrazlar yaradıb.

Qeyd edək ki, xalq artisti Kamal Xudaverdiyev 2008-ci ildə Bakıda ürək çatışmazlığından dünyasını dəyişib.

Tarix
2016.05.03 / 18:33
Müəllif
Aytac Qədirova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla