Yuxarı

Qarabağ qaziləri cəbhəyə yola düşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup Qarabağ müharibəsi veteranlarının cəbhə bölgəsinə səfəri başlayıb. Onlar cəbhə bölgəsində yerləşən hərbi hissələri ziyarət edəcək, şəxsi heyətlə görüşəcəklər.

Axar.az xəbər verir ki, yola düşməzdən əvvəl veteranlar Müdafiə Nazirliyində olublar.

Nazirlikdə yüksək rütbəli zabitlərin iştirakı ilə keçirilən görüşdə aprelin əvvəllərində ordumuzun əldə etdiyi uğurlardan, əməliyyatlar zamanı əsgərlərimizin hünər və rəşadətindən danışılıb.

Bildirilib ki, mənəvi-psixoloji vəziyyətin yüksəldilməsi və tərbiyəvi işin təşkilində Qarabağ müharibəsi əlillərinin və veteranlarının rolu əvəzsizdir. Onlar mütəmadi olaraq cəbhə bölgəsində yerləşən hərbi hissələrdə olurlar. Bu cür səfərlərin sistemli şəkildə olması məqsədəuyğundur. Şəxsi heyətlə mütəmadi görüşlərin keçirilməsi vacibdir.

Onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirən Qarabağ müharibəsi əlilləri və veteranları müharibə illərini xatırlayıb, dayandıqları səngərlərdə Vətən keşiyi çəkən əsgərlərlə görüşməyin əhəmiyyətini vurğulayıblar. Veteranlar işğal altında qalan ərazilərimizin Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə azad olunacağına əminliklərini bildiriblər.

Tarix
2016.05.05 / 18:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla