Yuxarı

FES-in qərarı manata necə təsir edəcək – Şərh

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumi proqnoz ondan ibarətdir ki, ABŞ Federal Ehtiyat Sistemi (FES) növbəti toplantısında uçot dərəcəsini artıra bilər.

Bu barədə FES-in son toplantısı və bunun təsirləri barədə Axar.az-a danışarkən iqtisadçı ekspert Qubad İbadoğlu deyib. Onun sözlərinə görə, FES müzakirələrdə bu il üçün dəhliz müəyyənləşdirib:

"Bu dəhliz özündə uçot dərəcələrinin artımını ifadə edir. Qəbul edilmiş qərar təbii ki, həmin dəhlizin maksimum səviyyəsini ehtiva etmir. FES yəqin ki, növbəti müzakirələrdə uçot dərəcəsinin artırılması ilə bağlı məsələyə yenidən baxacaq. Ancaq bununla bağlı qərarın yayda və yaxud ilin sonuna yaxın veriləcəyini indidən dəyərləndirmək çox çətindir. Çünki FES bu yaxınlarda öz toplantısını keçirdi və Federal Açıq Bazar Komitəsi (FOMC) uçot dərəcəsini sabit saxladı. Növbəti toplantının isə yayda olacağı gözlənilir. Bu baxımdan o toplantıdan öncəki vəziyyətini dəyərləndirib, konkret olaraq faizlərin artırılacağı və ya sabit saxlanacağı ilə bağlı proqnozlar vermək mümkündür. Ümumi proqnoz isə ondan ibarətdir ki, uçot dərəcəsi artırıla bilər. Bu isə dolların möhkəmlənməsinə və Amerikadan kənarda olan həmin valyutaların ölkəyə investisiya şəklində qayıtmasına şərait yaradacaq".

Q.İbadoğlu FES-in son qərarının və növbəti toplantısının manata təsirlərindən də söz açıb:

"FES-in qərarlarının Azərbaycan iqtisadiyyatına ciddi təsirlərindən söhbət gedə bilməz. Müxtəlif vaxtlarda psixoloji təsirlər olsa da, Mərkəzi Bank manatın kursunu saxlamaq üçün birbaşa milli valyutaya öz iqtisadi təsirlərini reallaşdırmaq imkanlarını özündə saxlayır. Manatın taleyi, əsasən, Azərbaycan iqtisadiyyatının durumundan asılıdır. Əgər iqtisadiyyatda artım müşahidə olunarsa, manatın kursu da sabitləşəcək".

Qeyd edək ki, FES-in aprelin 27-də keçirdiyi toplantısında faizlər 0,25-0,50% intervalında saxlanılıb. Ötən ilin dekabr ayındakı toplantıda isə 2006-dan bu yana ilk faiz artımını edərək, faizi 0-0,25% aralığından 0,25%-0,50 aralığına yüksəltmişdi.

"Röyter" agentliyi tərəfindən keçirilən sorğuya əsasən, bu il üçün faiz artımın ikiqat ola bilər.

Tarix
2016.05.06 / 09:09
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla