Yuxarı

Başbuğ Türkiyəyə Atatürkün kürd vəsiyyətini xatırlatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və İran İraqda müstəqil kürd dövlətinin yaranmasına mane ola bilər.

Axar.az xəbər verir ki, bunu "Milli Siyasət və Terrorla Mübarizə" konfransında çıxışı zamanı Türkiyə Baş Qərargahının keçmiş rəisi İlkər Başbuğ söyləyib. Onun sözlərinə görə, Tehran və Ankara kürd dövlətinin yaradılmasını istəməsə, ABŞ bu layihəni reallaşdırmayacaq:

"Rusiya təyyarəsinin vurulması ilə Türkiyə Suriyadakı liderliyini itirdi. İŞİD-in tərk etdiyi torpaqlara kürdlər gəlir. Hər yerdə eyni şey yaşanır. Eyni şey Mosulda da yaşanacaqmı? Böyük ehtimalla, bəli. Belə olarsa, İraqın şimalında müstəqil kürd dövlətinin qurulması istiqamətində son addım atmış olarıq. Atatürkün dediklərini heç bir zaman unutmayın".

Qeyd edək ki, Atatürk heç vaxt kürd dövləti tərəfdarı olmayıb. O, kürd dövləti haqqında fikrini ilk dəfə Türkiyə Böyük Millət Məclisində Mosul məsələsi müzakirə olunanda söyləyib. Atatürkün fikrincə, böyük dövlətlər məhz bu ərazidə kürd dövləti qurmağı hədəfləyiblər. Bundan öncə dəfələrlə Atatürkün kürdlərə muxtariyyət söz verdiyi söylənilsə də, bu, indiyə qədər sübut edilməyib.

Tarix
2016.05.06 / 13:25
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla