Yuxarı

Ermənilərlə üzbəüz səngərdən reportaj - Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

ANS yeni layihəyə start verib. Televiziyanın əməkdaşları Azərbaycan xalqının məktublarını əsgərlərə çatdırmaq üçün cəbhəyə ezam olunub.

Axar.az xəbər verir ki, Ermənistan silahlı qüvvələri ilə ən yaxın məsafədə dayanan əsgərlər də yaddan çıxmayıb. Onlar da namələrini alıblar. ANS-çilər cəbhədən xeyli xoş təəssüratla qayıdıblar.

***

Əslində, elə uşaqlıqdan gözümdə qorxu olmayıb. Amma paytaxtda oturub kiminsə cəbhəyə getməsi haqqında danışanda elə bilirdim dünyanın ən qorxmalı yeri buradır. Amma yox. Ermənistan əsgəri ilə cəmi 200 m-lik bir məsafədə olmağımıza, avtomat və snayperlərdən ərazinin atəşə tutulmasına baxmayaraq, o qədər rahat, arxayın, o qədər əmin idik ki, bu səngərlərdə...

Bəs bu nə rahatliq idi bizdə? İndi deyim. Azərbaycan ordusunun hərbçiləri. Dünyanının ən peşəkarları, ən qeyrətli oğullarıdır. Biz gördük ki, bu hərbçilər o ərazilərin ağasıdırlar. Onlar o qədər rahat idilər ki, bu bizə də siraət etmişdi. Oğlu cəbhədə olan analar, siz də rahat olun. Bu səngərdə adam özünü tam təhlükəsizlikdə hiss edir.

Hərbçilərimizə bu inam cəbhəyanı kəndlərin sakinlərində də var. Onlara necə də inanmayasan, necə etibar etməyəsən. Bilirsiz nə oğullardılar! İstisnasiz hamısının fikri-zikri ancaq torpaqları azad etməkdir. Paytaxt həyatı onları maraqlandırmır.

Mənim "nə var burada - güllənin altında, niyə gedib öz elinizdə rahat yaşamırsız, heç paytaxta qayıtmaq istəmirsiz" kimi qəsdən verdiyim təxribatvari suallar da işə yaramadı. Onlar tam səmimiydirlər. Fakt da göz qabağında. Məsələn, bu igid tankçı. Artıq 10 ildir ki, cəbhədədir. Aprel döyüşlərində başından yaralanıb.

Artiq döyüş mövqeyindədir. Elə müəllimlik peşəsini atıb cəbhəyə gələn bu oğul. Hələ adama xəcalət də verirlər. Bütün ilin günlərini, 24 saatı cəbhədə olan hərbçilərimiz bizə cəmi bircə gün onların yanına getdiyimizə görə təşəkkür edirlər.

Necə bu qədər yaxşı olmaq olar axı?

Bu səfər mənə Azərbaycan əsgərini sevdirdi. Həm hərbçilərimizin vətən eşqi, həm Azərbaycan ordusunun texniki gücü və hazırlığı haqqında cəbhədə əldə etdiyimiz məlumatlardan sonra topaqların müdafiəsinin tam etibarlı əllərdə olduğundan əmin olduq. Bir də ki, bu gözəllikləri necə qorumayasin axı.

Və sonda. Allah səni qorusun, Azərbaycan əsgəri! Yenidən geri qayıtmaq arzusu ilə...

Tarix
2016.05.11 / 00:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla