Yuxarı

İrəvana silah yardımının pərdəarxası

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvana silah yardımının pərdəarxası

Sərkisyan iqtidarına münasibətin kəskinləşməsi ruslara lazım deyil.

Bu sözləri Axar.az açıqlamasında analitik Vüqar Zifəroğlu Rusiyanın Ermənistana silah satışına münasibət bildirərkən deyib. Ekspertin sözlərinə görə, rəsmi Moskva bu yolla incik düşmüş ermənilərlə münasibətləri normallaşdırmağa çalışır:

"Rusiya, ümumiyyətlə, hər şəkildə çalışır ki, incik düşmüş ermənilərlə aranı bir az düzəltsin. Aprel əməliyyyatları əslində bu münasibətlərin sorğuya alınması üçün kifayət qədər ciddi əsaslar verdi. Erməni ictimaiyyəti daha yaxşı dərk etdi ki, əslində, vətəndaşı olduqları dövlət Rusiyanın bir quberniyası statusundadır və hətta üçüncü ölkədən normal silah almaq hüququna belə malik deyillər. Ölkələrini tamamən Moskvanın ümidinə buraxmış Sərkisyan iqtidarına münasibətin kəskinləşməsi isə ruslara lazım deyil.

Unutmayaq ki, Ermənistanın daxilindəki siyasi proseslərin dirijoru məhz Rusiyadır və bu ölkənin siyasi səhnəsində oynalınan bütün tamaşalar Moskva tərəfindən qurulur. Bu da imitasiyadan başqa bir şey deyil.

Moskva indiki halda müəyyən qədər incik düşmüş "quberniyasının" könlünü almağa çalışır və bunu bizə qarşı əməliyyatlarda istifadə ediləcək silahlarla edir. Bu da bir daha Rusiyanın bir dövlət olaraq Cənubi Qafqazda iki yüz ildən artıqdır ki, oturuşmuş imperialist maraqlarından irəli gəlir".

Xatırladaq ki, Rusiya 200 milyon dollarlıq kredit sazişi çərçivəsində Ermənistana silah göndərməyə başlayıb.

Tarix
2016.05.16 / 22:29
Müəllif
Hacı Qulu
Digər xəbərlər

İlham Əliyev Leyenlə təkbətək görüşdü

ABŞ niyə Cənubi Qafqaza səfir göndərmir?

Buna görə Bakıdayam - Leyen

Leyen Azərbaycanda səfərdədir: Bayramov qarşıladı - Foto

Azərbaycanın yəhudi icmalarından İsrailə çağırış

Batya qəfildən Çinə getdi - Putinlə görüşdə nə baş verib?

Prezident Luiza Arbura məktub ünvanladı

İlham Əliyev Somali prezidentini təbrik etdi

Dron hücumu: 77 yaşlı azərbaycanlı həlak oldu - Foto

Rusiyadakı azərbaycanlılar ölkədən köçür? - Qisas planı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla