Yuxarı

Zaqatalada ağır qəza: Ölən və yaralanan var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada mikroavtobus və minik maşının toqquşması nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə mayın 26-ı axşam saat 19:30 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Zaqatala rayonu Aşağı Tala kənd sakini, 1995-ci il təvəllüdlü, İbrahim Elxan oğlu İbrahimlinin idarə etdiyi "Moskviç-412" markalı minik avtomobili ilə hələlik şəxsiyyəti məlum olmayan Zaqatala rayon sakininin idarə etdiyi "Mercedes-Vita" markalı, Rusiya dövlət nömrə nişanlı mikroavtobus toqquşub. Qəza nəticəsində "Moskiviç" markalı avtomobildə olan sərnişin, Zaqatala şəhər sakini 24 yaşlı Feyzullah Hədis oğlu Məmmədov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. "Moskviç"in sürücüsü İbrahim İbrahimli aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb.

Mikroavtobusun sürücüsü xəsarət almayıb.

Zaqatala RMX-dan bildirilib ki, yaralı İbrahim İbrahimli xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Tarix
2016.05.26 / 21:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla