Ana səhifə Gündəm |
İstər sammitdəki çıxışı, istərsə də Ərdoğanla təkbətək görüşü zamanı Prezident İlham Əliyevin Qarabağı xüsusi vurğulaması iyun görüşü öncəsi ciddi siyasi önəm daşıyır.
Bu sözləri Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. Onun sözlərinə görə, əslində, İstanbulda verilən mesajlar bir dövlət olaraq məsələyə hansı aspektdən yanaşdığmızı bir daha açıq şəkildə ortaya qoydu:
"İstanbul sammiti bir daha Ermənistanın Azərbaycanın Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal altında saxlaması faktı və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirmədiyini ən mötəbər şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün önəmli tribuna oldu. Ölkə başçısının mesajı kifayət qədər açıq idi: Ermənistan BMT qətnamələrinə əməl etməli və tezliklə Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Eyni zamanda, Metsamor AES-in bölgə üçün ciddi təhlükə mənbəyi olmasının vurğulanması ermənilərin nüvə tullantılarından hərbi məqsədlərlə istifadələrinə dair bir çağırış idi. Ukrayna prezidentinin Azərbaycana səfərinin müzakirəsi isə baş verənlər fonunda olduqca əhəmiyyətli məqam idi. Ümumiyyətə, İlham Əliyevin İstanbuldakı çıxışı bölgədəki vəziyyətlə bağlı beynəlxalq ictimaiyyətə son xəbərdarlıq kimi də qiymətləndirilə bilər".
Qeyd edək ki, mayın 23-24-də İstanbulda keçirilən Dünya Humanitar Sammitində BMT-nin üzvü olan ölkələrdən altımışadək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla ümumilikdə 5 mindən çox nümayəndə iştirak edib.
Tarix
2016.05.27 / 09:00
|
Müəllif
Aygün Yusibova
|