Yuxarı

Putin Afinaya niyə gedir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Rusiya Prezidenti Vladimir Putinin Yunanıstana 2 günlük rəsmi səfəri başlayır.

Axar.az xəbər verir ki, səfər çərçivəsində Yunanıstanla Rusiya arasında ticarət və iqtisadiyyat sahəsində bir sıra ikitərəfli razılaşmaların imzalanacağı gözlənilir.

Qeyd edək ki, Kreml rəhbəri ötən gün Yunanıstanın "Katimerini" qəzetində çıxan məqaləsində Avropa Birliyinə çağırış edib. O, AB ilə enerji alyansının yaradılmasının, AB-yə səfər edən rusiyalılar üçün viza qaydalarının yüngülləşdirilməsinin vacib olduğunu vurğulayıb:

"İnanırıq ki, AB ilə münasibətlərimizdə həll edə bilməyəcəyimiz problem yoxdur. Köhnə qitənin yeni beynəlxalq reallıqda düzgün mövqeyi yalnız bütün Avropa ölkələrinin, eləcə də Rusiyanın gücünün birləşməsi ilə təmin oluna bilər".

Analitiklərin fikrincə, Putinin Yunanıstan səfərinin digər bir məqsədi də Cənub Axını layihəsi üçün yeni dəhlizin tapılmasıdır. Türkiyə və Ukrayna ilə münasibətlər pisləşdikdən sonra Moskva bu layihəni bir müddətlik dayandırmalı olub. Alternativlər axtaran Moskva hələlik bunun üçün əsas iki ölkəni - Bolqarıstan və Yunanıstanı görür. Üstəlik, Cənub Qaz Dəhlizinin reallaşması və TAP-ın Yunanıstan ərazisində tikintisinin başlaması da Kremlin maraqlarına zərbə vurub.

Tarix
2016.05.27 / 12:07
Müəllif
Hacı Qulu
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla