Yuxarı

Afrikada "Cümhuriyyət günü" qeyd edildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrika Respublikasının (CAR) inzibati paytaxtı Pretoriya şəhərində 28 May - Respublika Günü münasibətilə Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən ziyafət təşkil edilib.

Axar.az xəbər verir ki, tədbirdə CAR-ın dövlət rəsmiləri, deputatlar, diplomatik korpusun nümayəndələri, Azərbaycan və türk icmalarının üzvləri, "Azərbaycanın Dostları" yerli QHT-sinin, KİV-lərin təmsilçiləri və iş adamları iştirak ediblər.

Dövlət himnlərinin səsləndirilməsindən sonra çıxış edən Azərbaycanın CAR-dakı səfiri Elxan Poluxov 1918-ci il mayın 28-də yaradılmış və cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyətinin tarixi barədə məlumat verib, mövcudluğu dövründə Cümhuriyyət yaradıcıları tərəfindən həyata keçirilmiş tədbirlərdən danışıb. Bu xüsusda, E.Poluxov Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olduğunu vurğulayaraq, demokratik dəyər və prinsiplərin Cümhuriyyət tərəfindən həyata keçirilmiş islahatlar və qəbul edilmiş qərarlarda öz əksini tapdığını qeyd edib. Xüsusilə dini, irqi mənsubiyyətindən, həmçinin cinsindən asılı olmayaraq, bütün vətəndaşların qanun qarşısında bərabər olduğunu və qadınlara seçki hüququnun verildiyini diqqətə çatdırıb.

Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir Azərbaycan Respublikasının banisi ümummilli lider Heydər Əliyevin ölkəmizin inkişafı və regional liderə çevrilməsində misilsiz xidmətləri barədə danışan səfir E.Poluxov bu strateji siyasi xəttin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini diqqətə çatdırıb.

Daha sonra səfir regional inteqrasiya proseslərinə başlıca əngəl olan Ermənistan-Azərbaycan münaqişəsindən söz açıb, təcavüzkar Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından münaqişənin hələ də öz həllini tapmadığını və Azərbaycanın öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəyini bildirib.

Çıxışında Elxan Poluxov, həmçinin Azərbaycan-CAR Ticarət Palatasının təsis edildiyini və Azərbaycan haqqında kitab nəşr olunduğunu qeyd edib.

Daha sonra Beynəlxalq Əlaqələr və Əməkdaşlıq Departamentinin baş direktorunun müavini, səfir Ebraim Saley Respublika Günü münasibətilə CAR hökumətinin təbriklərini çatdırıb. CAR-ın Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini qeyd edən səfir Ebraim Saley Azərbaycanın yerləşdiyi regionun lider dövləti olduğunu bildirib. Demokratik dövlət quruculuğu yolunda hər iki dövlətin bənzər inkişaf tarixi keçdiyini vurğulayan E.Saley münasibətlərin inkişafı üçün mövcud potensialın dəyərləndirilməsi sahəsində CAR hökumətinin yaxından əməkdaşlıq etməyə hazır olduğunu vurğulayıb.

Tarix
2016.05.27 / 19:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla