Yuxarı

Formula-1-in yollarından ilk pilot keçdi - Bakıda

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçiriləcək Formula-1 Avropa Qran Prisi üçün nəzərdə tutulan trassdan ilk olaraq keçən pilot 19 yaşlı azərbaycanlı Gülhüseyn Abdullayev olub.

ANS-in məlumatına görə, Gülhüseyn Abdullayev "Euroformula Open"də çıxış edir və o, bu gün səhər saatlarında Bakının mərkəzi küçələrində salınan trassdan yarış avtomobili ilə keçib.

Gənc pilot Bakıdakı trassın xüsusiyyətlərindən danışıb: "Bakı Şəhər Halqası həm yavaş, həm də sürətli döngələrin kombinasiyasından ibarətdir. Ümumiyyətlə çox gözəl qurulub. Digər şəhər treklərindən fərqli olaraq, genişliyi də yetəri qədərdir.

Qoşa Qala qapısı ətrafındakı 8-10-cu döngələr mənə çox maraqlı gəldi. İnanıram ki, orada yarış zamanı çox maraqlı məqamlar olacaq. Əslində həmin döngələrin olduğu hissə çox da asan deyil. Hazırda trek boşdu deyə, bir az asan idi, lakin öndə avtomobillər və ya yavaş sürücü olanda və yaxud da qəza şəraiti olanda oradan keçmək çətin olacaq", - deyə o bildirib.

Pilot Avropa Qran Prisinin ən maraqlı hissəsinin Qala divarları istiqamətində Qoşa Qala qapılarınadək olacağında əmindir.

Tarix
2016.05.29 / 18:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla