Yuxarı

Ərdoğan Uqandada Məhməd Əmindən danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

O zamanlar Uqandada Məhmət Əmin adlı Osmanlı paşası qul ticarətinə qarşı mübarizə aparırdı.

Axar.az xəbər verir ki, bu sözləri Uqandada səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"XIX əsrdə Uqandada Məhmət Əmin adlı Osmanlı paşası quldarlığa qarşı mübarizə aparırdı. Əsl peşəsi həkimlik olan Məhmət Əmin Paşa eyni zamanda təbiətşünaslıq elmi ilə də maraqlanırdı. Yeni bitki növləri yaradaraq elmə böyük töhfələr vermişdi. 1892-ci ildə Konqoda insan ticarəti ilə məşğul olan bir tayfa tərəfindən qətlə yetirilmişdi. Türkiyə-Uqanda əlaqələrində önəmli rolu olan və bizə belə bir miras qoyan Əmin Paşanı rəhmətlə anırıq. 124 il sonra onun izi ilə gedərək istiqlal mübarizəsini dəstəklədiyimiz üçün buradayıq", - Ərdoğan bildirib.

Qeyd edək ki, Ərdoğanın haqqında danışdığı Məhmət Əmin Paşa alman əsilli Edvard Şnitzer adlı şəxs olub.

Tarix
2016.06.01 / 20:58
Müəllif
Kamran Ədalət
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla