Yuxarı

Məhəmməd Əlinin dəfn günü bəlli oldu - Yeniləndi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

14:36

Əfsanəvi boksçu Məhəmməd Əli ilə vida mərasimi Luisvill şəhərində keçiriləcək.

Axar.az xəbər verir ki, vida mərasimi üçün seçilən şəhər Məhəmməd Əlinin anadan olduğu şəhərdir (Kentukki ştatı).

Məhəmməd Əlinin ailə üzvlərinin verdiyi məlumata görə, əfsanəvi boksçu iyunun 10-da torpağa tapşırılacaq.

Mərasimdə ABŞ-ın sabiq prezidenti Bill Klinton da iştirak edəcək. Vida mərasiminin internet vasitəsilə canlı yayımlanacağı bildirilir.

Xatırladaq ki, 1942-ci il yanvar ayının 17-də anadan olan "Bütün zamanların ən yaxşı boksçusu" titullu Məhəmməd Əli bu gün dünyasını dəyişib. O, iki gün əvvəl tənəffüs sistemində yaranan problemlə bağlı Arizona ştatının Feniks şəhər xəstəxanasına yerləşdirilmişdi.

1984-cü ildən parkinson xəstəliyindən əziyyət çəkən Məhəmməd Əli peşəkar karyerası ərzində 37-si nokautla olmaqla, 56 döyüşdə rinqi qələbə ilə tərk edib. O, keçirdiyi 61 döyüşün yalnız 5-də məğlubiyyətə uğrayıb.

1999-cu ildə "Əsrin idmançısı" seçilib.

Tarix
2016.06.05 / 00:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla