Yuxarı

Şəhriyar qalib oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı şahmatçı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan ənənəvi "Shamkir Chess 2016" beynəlxalq turniri Şəhriyar Məmmədyarovun qələbəsi ilə başa çatıb.

Axar.az xəbər verir ki, turnirin iyunun 4-də keçirilən sonuncu turunda Şəhriyar Məmmədyarov lider Aniş Qiri (Hollandiya) ilə qarşılaşıb. Gərgin keçən matçda rəqibini məğlub edən Azərbaycan şahmatçısı turnirin qalibi adını qazanıb.

Ümumiyyətlə, sonuncu turda Azərbaycanın dörd təmsilçisindən üçü qalib gəlib. Digər şahmatçılarımızdan Eltac Səfərli Hindistan təmsilçisi Pentala Harikrişnanı, Rauf Məmmədov çinli Hou Yifanı məğlub edib. Yalnız Teymur Rəcəbov rəqibi Pavel Elyanov (Ukrayna) ilə xalları yarı bölüb.

Digər qarşılaşmada isə rusiyalı Sergey Karyakin italiyalı Fabiano Krauana (ABŞ) ilə heç-heçə oynayıb.

Beləliklə, turnirin yekununa əsasən, Şəhriyar Məmmədyarov və Fabiano Karuana hərəyə 6 xal toplayıblar. Şəhriyar Məmmədyarov səkkizinci turda Fabiano Karuananı məğlub etdiyi üçün turnirin qalibi adına layiq görülüb.

Aniş Qirinin 5,5, Sergey Karyakinin 5, Rauf Məmmədovun isə 4,5 xalı var. Üç şahmatçı - Teymur Rəcəbov, Eltac Səfərli və Pentala Harikrişna hər biri öz aktivinə 4 xal yazdırıb. Pavel Elyanov 3,5, Hou Yifan isə 2,5 xal toplayıb.

Qeyd edək ki, "Shamkir Chess 2016" turniri mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca üçüncü turnirdir. Bundan əvvəlki hər iki turnirin qalibi norveçli dünya çempionu Maqnus Karlsen olmuşdu.

Tarix
2016.06.04 / 22:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla