Yuxarı

Valensa Polşanı inqilaba səsləyir: 2 milyon etirazçı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşada situasiya dəyişməsə, Varşava küçələrinə 2 milyon etirazçı çıxacaq.

Axar.az xəbər verir ki, bunu TVN24 telekanalına müsahibəsində Polşanın eks-prezidenti Lex Valensa söyləyib. Onun sözlərinə görə, müxalifət hökumətin istefaya getməsi ilə bağlı imza toplayacaq. O bununla hökumətin geriyə addım atacağını bildirib.

Qeyd edək ki, müxalifətin hazırkı Polşa iqtidarına etiraz etməsinə səbəb ölkədə keçirilən reformlardır. Bu reformlara əsasən, Konstitusiya Məhkəməsinin səlahiyyətləri demək olar ki, hakim partiyanın əlinə keçib. Əvvəllər Polşa Konstitusiya Məhkəməsi adi səs çoxluğu ilə qərar qəbul edə bilirdisə, indiki reformlara əsasən, bunun üçün məhkəmə heyətinin üçdə ikisinin səsinə ehtiyac olacaq. Üstəlik, iqtidar Konstitusiya Məhkəməsinin heyətini də genişləndirərək, 15-ə çatdırıb. Bu genişlənmə hökumətin öz adamlarını buraya yerləşdirməsi ilə nəticələnib.

Üstəlik, məhz Haqq və Ədalət Partiyasının hakimiyyəti zamanı Lex Valensa təzyiqlərə məruz qalıb. Məhz onların hökumətə gəlməsindən sonra Valensanın bir zamanlar SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə işləməsi haqqında informasiyalar peyda olub. Eks-prezident əvvəlcə bu ittihamları rədd etsə də, sonradan qəbul etməyə məcbur olub.

Tarix
2016.06.06 / 19:39
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla