Yuxarı

Bu dəfə Putinin mövqeyi dəyişə bilər - Qarabağ

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı görüşü həlledici vəd və qərarlar məqamı rolunu oynaya bilər.

Bunu politoloq Qabil Hüseynli Axar.az-a açıqlamasında deyib. Sabiq dövlət müşaviri Bakı görüşündə Qarabağ məsələsinin mütləq müzakirə ediləcəyini bildirib və yeniliklərin olma ehtimalını da istisna etməyib:

"Çünki Azərbaycan və Ermənistan prezidentlərinin görüşü də məhz bu ərəfələrdə nəzərdə tutulub. Ancaq Bakı görüşünün taleyi Moskvanın İrəvana təzyiqindən, daha doğrusu, Putinin mövqeyindən xeyli dərəcədə asılıdır. Rusiya prezidenti Azərbaycanın geostrateji əhəmiyyətini yaxşı başa düşür və Azərbaycanı Avrasiya Birliyində görmək istəyir. Düzdür, Bakı bu ittifaqda yer almaq istəmir, ancaq Dağlıq Qarabağ məsələsində Rusiya obyektiv mövqe ortaya qoyarsa, bu barədə düşünülə bilər. Söhbət birmənalı qaydada Azərbaycanın ərazi bütövlüyünün təminindən, Dağlıq Qarabağın statusunda həlledici sözün Azərbaycana verilməsindən gedir".

Q.Hüseynli deyib ki, Əliyev-Putin-Ruhani üçtərəfli görüşü yeni bir siyasi güc mərkəzinin formalaşmasının bünövrəsini qoya bilər:

"Şimal-Cənub dəhlizi artıq reallaşır, üstəlik, enerji sahəsində əməkdaşlığa maraq böyükdür. Azərbaycan Rusiya, İrandan qaz ala və bu qazı Avropa bazarlarına ötürə bilər. Azərbaycan hazırda açar rolunu oynayır. Bakı Tehran və Moskvaya böyük xeyir verə bilər. Əvəzində isə hər iki ölkə Azərbaycanın haqlı mənfəətlərini müdafiə etməlidir. Bu baxımdan Bakı görüşü həlledici vəd və qərarlar məqamı rolunu oynaya bilər. Bu dəfə Rusiya öz mövqeyini dəqiq və birmənalı surətdə ortaya qoya bilər".

Qeyd edək ki, Azərbaycan, Rusiya və İran prezidentlərinin ilin ikinci yarısında Bakıda üçtərəfli formatda görüşünün keçiriləcəyi gözlənilir.

Tarix
2016.06.08 / 09:33
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla