Yuxarı

Astarada top mərmisi tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astara rayonunun Ərçivan kənd sakini Nahid Qulamov həyətyanı torpaq sahəsində kanaltəmizləmə işləri görərkən döyüş sursatı aşkarlayıb.

APA-nın xəbərinə görə, N. Qulamov tapıntı barədə dərhal Astara Rayon İcra Hakimiyyətini və Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzini məlumatlandırıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) xüsusi əməliyyat qrupu dərhal Astara rayonuna ezam olunub. Qrup tərəfindən N. Qulamovun həyətyanı torpaq sahəsinə baxış keçirilərkən oradan 1 ədəd partlamamış hərbi sursat -122-mm-lik top mərmisi aşkar edilib. Mərminin üzərində isə döyüş başlığının olduğu müəyyənləşdirilib.

ANAMA-nın əməliyyat meneceri Böyükağa Haqverdiyev aşkarlanan hərbi sursatın tam işlək vəziyyətdə və təhlükəli olduğunu, vaxtında müvafiq qurumlara xəbər verilmədiyi təqdirdə hər hansı bədbəxt hadisənin baş verəcəyinin istisna edilmədiyini bildirib.

Qeyd edək ki, top mərmisinin həyətyanı əkin sahəsinə nə vaxt və hansı şəraitdə gətirilib basdırıldığı məlum deyil. Yerli sakinlərin sözlərinə görə, həmin ərazidə SSRİ dövründə yerli sovxoza məsus kənd təsərrüfatı texnikası saxlanılıb.

Aşkarlanan hərbi sursat təhlükəsizlik tədbirləri çərçivəsində mütəxəssislər tərəfindən xüsusi qaydada partladılaraq zərərsizləşdirilib.

Tarix
2016.06.11 / 22:04
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla