Yuxarı

Azərbaycan Rusiyadan taxıl idxalını azaltdı

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın ixrac əməliyyatlarını reallaşdırdığı ölkələrin strukturunda 2015/16-cı il mövsümündə dəyişikliklər baş verib.

Report-un məlumatına görə, ölkələr arasında nəzərəçarpacaq dəyişikliklər əsasən Azərbaycan və İranda qeydə alınıb. Belə ki, İran Rusiyadan taxılın alışını 2,6 mln. tondan 2 mln. tona kimi, idxalının ümumi həcmdə payını isə 9,5%-dan 6,4%-adək azaldaraq dördüncü yerdə qərarlaşıb. Eyni zamanda Azərbaycan Rusiyadan taxıl idxal edən ölkələrin struktrurunda beşinci yerdən altıncıya düşərək, bir mövqe itirib. Azərbaycan 2015/16-cı il mövsümündə 1,12 mln. ton taxıl alıb, idxalın ümumi həcmdə payı isə 3,6% olub. Ötən il isə bu göstəricilər müvafiq olaraq 1,59 mln. ton və 5,8% təşkil edib.

Rusiyadan dənli bitkilərin alışında Misir Türkiyəni geridə qoyub və birinci olub. Qeyd edilən dövrün iyul-aprel aylarında Rusiya Misir bazarından Fransa buğdasını sıxışdıraraq, 6 mln. tondan çox taxıl satıb. Bu, ötən ilin mövsümündən 1,8 dəfə çoxdur. Rusiya Türkiyəyə 3, 99 mln. ton taxıl ixrac edib. Ötən ildə bu rəqəm 5,5 mln. ton olub. İdxal həcminin azalması Türkiyədə məhsuldarlığın bu il yaxşı olması fonunda göstərilib. Misirin Rusiyadan idxalının ümumi həcmdə payı 12%-dan 19,2%-a yüksəlib. Türkiyənin eyni struktur üzrə göstəricisi isə 20%-dan 12,8%-a düşüb.

Yekunlaşan mövsümdə üçüncü yerə Rusiyadan əsasən arpa idxal edən Səudiyyə Ərəbistanı yüksəlib. Səudiyyə Ərəbistanı Rusiyada bu məhsulun alış həcmini 2014/15-ci il mövsümündəki 2,4 mln. tondan bu il 2,3 mln. tonadək azaldıb. Beləliklə, ölkə idxalın ümumi həcminin payını 8,9%-dan 7,2%-a salıb.

Beşinci sıranı isə bundan əvvəl 11-ci olan CAR tutub. Respublika 1,16 mln. ton taxıl alaraq, 3,7% paya sahib olub. Bu, 2014/15-ci mövsümün iyul-aprel aylarının göstəricisindən iki dəfə (0,59 mln. t) yüksəkdir.

Tarix
2016.06.13 / 23:24
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla