Yuxarı

ABŞ-ın Qarabağ riyakarlığı - Petisiya

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dağlıq Qarabağın statusunun "müyyənləşdirilməsini" deyil, işğal faktına son qoyulduqdan sonra yalnız müzakirəsini mümkün sayır.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu yazıb. Siyasi şərhçi Sərsəng su anbarının işğalının ekoloji fəlakətə aparmasıyla bağlı petisiyaya Ağ Evin cavabını dəyərləndirib:

"Cavabda Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycanın nəzarətinə qaytarılması ifadəsi işğal faktını təsdiq edir, ancaq sonrakı hissədə "Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi" vurğulanır. Vaşinqton Azərbaycanın mövqeyini birmənalı müdafiə etmir. Yəni "işğala son qoymaqla" "statusun müəyyənləşməsi" bərabər tutulur. Qeyd olunur ki, Sərsəng su anbarının idarə olunması və istismarı tərəflərlə davam edən dialoqun bir parçası olmalı və humanitar məsələlərlə bağlı müzakirələr aparılmalıdır. Bu, Azərbaycanın maraqlarına uyğun deyil və ətraf rayonlardakı azərbaycanlıların əzab çəkdiyi faktı təsdiq olunmur. "Tərəflər humanitar məsələləri müzakirə etməlidir" fikri isə birbaşa erməni separatçılarının maraqlarına uyğundur. Bütün bunlar göstərir ki, Obama üçün Cənubi Qafqazın problemləri və Dağlıq Qarabağ münaqişəsinin həlli maraqsızdır. Bir sözlə, Ağ Evin münaqişənin həllinə baxışı ATƏT-in Minsk Qrupunun müvqeyindən fərqlənmir".

Qeyd edək ki, Sərsəng su anbarının işğalının ekoloji fəlakətə aparmasıyla bağlı petisiya Ağ Evin saytında yerləşdirildikdən sonra həmin petisiyaya 330 mindən çox imza toplamışdı. Lazım olan imza isə cəmi 100 mindir.

Tarix
2016.06.14 / 15:25
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla