Yuxarı

ATƏT Qarabağ sammitinə hazırlaşmır - Racakoviç

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə üçtərəfli sammitin hazırlıqlarında iştirak etmir.

Report xəbər verir ki, bu barədə TASS-a ATƏT-in Mətbuatla əlaqələr şöbəsinin rəhbəri vəzifəsini icra edən Nataşa Racakoviç məlumat verib.

O, bununla bağlı hər hansı bir şərh verməkdən imtina edib və görüşün keçirilmə tarixi ilə bağalı suala cavab verməyib.

"ATƏT Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ üzrə sammitin təşkilinə cəlb olunmayıb və biz onu şərh edə bilmərik", - deyə o bildirib.

"Biz bildiyimizə görə, sammiti Rusiya çağırır. Belə olan halda siz öz suallarınızı Rusiya hökumətinə ünvanlamalısınız", - deyə ATƏT rəsmisi əlavə edib.

Kreml iyunun 10-da Dağlıq Qarabağda vəziyyətin nizamlanması üzrə üçtərəfli sammitə hazırlıqların getdiyini təsdiq edib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov görüşün Sankt-Peterburqda baş tuta biləcəyini bildirib.

Tarix
2016.06.14 / 23:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla