Yuxarı

Alonso Heydər Əliyev Mərkəzində - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Formula-1 Avropa Qran-prisinin başlanmasına iki gün qalıb. Artıq yarışın pilotları ölkəmizə gəlirlər.

Axar.az xəbər verir ki, iyunun 15-də Formula-1 üzrə ikiqat dünya çempionu, "McLaren Honda" komandasının heyətində yarışan və Avropa Qran-prisinin rəsmi elçisi Fernando Alonso "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətin "Sehirli ilmələr" qalereyasında olub.

Qonaq "Azərilmə"nin nadir Azərbaycan xalçalarından və məmulatlarından ibarət sərgiyə baxıb. Yüksək keyfiyyəti və naxışlarının zənginliyi ilə seçilən Azərbaycan xalçaları indi də dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından sayılır.

Bildirilib ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim sənətlərindən biridir.

Xalça sexi ilə tanış olan qonaq xalça toxunması prosesi ilə maraqlanıb, qalereyanın zəngin eksponatları ilə tanış olub.

Sonra Heydər Əliyev Mərkəzinə gələn Fernando Alonsoya dünya memarlığının nadir incilərindən sayılan Mərkəz haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Bundan əlavə, Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə populyarlaşdırılmasına və təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.

Qeyd olunub ki, dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında inşa edilmiş Mərkəz dünya memarlıq inciləri siyahısına daxil olunub. Burada rəsmi qəbullar, beynəlxalq konfranslar, iclaslar və digər tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb.

Qonaq Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb. Fernando Alonsoya xatirə hədiyyələri təqdim olunub.

Sonra pilot Mərkəzdə fəaliyyət göstərən klassik avtomobil sərgisi ilə tanış olub.

Fernando Alonso Dənizkənarı Milli Parka gələrək burada fanatları ilə birgə velosiped sürüb.

Tarix
2016.06.15 / 18:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla