Yuxarı

Formula-1 həyəcanı konsertlə davam etdi - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 17-də Formula-1 Avropa Qran-prisinin birinci gününə möhtəşəm əyləncə proqramı ilə yekun vurulub.

Axar.az xəbər verir ki, axşam saatlarında "Formula-1 Şəhərciyi"ndə amerikalı məşhur müğənni, bəstəkar və rəqqas Kris Braun özünün yüksək enerjili məşhur şousu ilə azarkeşlər qarşısında möhtəşəm konsert proqramı ilə çıxış edib. Müğənninin "Yeah3x", "Look At Me Now" və "Beautiful People" kimi məşhur hitləri azarkeşlərə unudulmaz anlar bəxş edib.

Yarış günləri ərzində səyyar məzhəkəçi aktyorlar tamaşaçıların istirahətinə xüsusi rəng qatır. Səyyar proqrama Güzgü Adam, aktyor Spandi Andi, Ağacayaq, Küçə Rəssamları, Titan Robot və ənənəvi Azərbaycan rəqsləri daxildir. Həmçinin yerüstü 3D illüziya incəsənət nümunələri, hündürlüyü 8 metr olan dırmanma divarı, hava tunelində uçuş, müxtəlif maili enişlərdən və relslərdən ibarət skeyt parkda skeytbordçular və birçarxlı konki sürənlərin çıxışı, batut şousu da azarkeşlərə təqdim olunur.

"Bakı Şəhər Halqası" Əməliyyat Şirkəti trekdə dincəlməyə yer axtaranları da diqqətdən kənarda qoymayıb. Trekdəki gərginlikdən bir qədər uzaqlaşmaq istəyənlər çuval formalı rahat oturacaqlarda, çətirlərin altında, divanlarda, kiçik masalarda və şezlonqlarda istirahət edə bilərlər.

Tarix
2016.06.17 / 23:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla