Yuxarı

BMT-də Ermənistanın təcavüzü pislənildi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Təhlükəsizlik Şurasında sülhməramlı əməliyyatlar zamanı mülki əhalinin müdafiəsi mövzusunda açıq müzakirələr keçirilib. Tədbirdə Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi iştirak edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTac-a bildiriblər ki, müzakirələrdə BMT-nin baş katibi Pan Gi Mun və təşkilata üzv dövlətlərin nümayəndələri mövzu üzrə çıxış ediblər.

Azərbaycan tərəfi müzakirələrdə hərbi münaqişələr zamanı mülki şəxslərin qəsdən hədəfə alınmasının ciddi narahatlıq doğuran məqam olduğunu söyləyib. Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının mülki Azərbaycan əhalisinə qarşı qəsdən hücumların edilməsi, onların qətlə yetirilməsi, etnik təmizləməyə məruz qoyulması, qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi kimi hallarla müşayiət olunduğu qeyd edilib, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrdə bu qeyri-qanuni əməllərin öz əksini tapdığı vurğulanıb.

Azərbaycan nümayəndəsi soydaşlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərovun mülki şəxs olaraq işğal olunmuş Kəlbəcər rayonunda öz valideynlərinin qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldüyü, onlar üzərində qurama məhkəmə təşkil edildiyi diqqətə çatdırılıb, bu şəxslərin girovluqdan azad edilməsini təmin etmək üçün BMT Təhlükəsizlik Şurasının tribunası vasitəsilə bütün müvafiq beynəlxalq qurumlara bir daha müraciət edilib.

Çıxış zamanı bu il aprel ayının əvvəllərində ağır artilleriya və iriçaplı silahlardan istifadə edən Ermənistan silahlı qüvvələrinin qoşunların təmas xətti boyunca sıx yaşayan mülki Azərbaycan əhalisini şiddətli atəşə tutması və nəticədə ikisi uşaq olmaqla 6 mülki şəxsin həlak olması, 33 nəfərin yaralanması, evlər, məktəblər, uşaq bağçaları, həyati əhəmiyyətli mülki obyektlər daxil olmaqla, yüzlərlə mülki obyektə ciddi ziyan vurulduğu barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, Ermənistan tərəfindən mülki Azərbaycan əhalisinə qarşı həyata keçirilən bu əməllər müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə eynilik təşkil edir. Həmçinin Ermənistanın indiki və sabiq rəsmilərinin Azərbaycanı "çirkli bomba" ilə hədələməsi də beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

Tarix
2016.06.18 / 02:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla