Yuxarı

Kremldən təhlükəli qərar: İyunun 30-da…

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kreml Qara Dəniz İqtisadi Əməkdaşıq Təşkilatı Parlament Assambleyasının toplantısına Krım administrasiyasının nümayəndələrini dəvət edərəsə, digər ölkələri pis vəziyyətdə qoyacaq.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu açıqlama verib. Politoloq QDİƏT PA-nın Moskvada gözlənilən 47-ci toplantısını şərh edib:

"QDİƏT-ə hazırda Rusiya sədrlik edir. Moskva toplantısında təşkilata üzv ölkələrin iqtisadi, ticarət və mədəni əlaqələrinə dair hüquqi baza formalaşmalıdır. Toplantıya Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya, Serbiya və Türkiyə dəvət olunub. Rəsmi Bakının mövqeyi belədir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Azərbaycan işğalçı Ermənistanla heç bir inteqrasiya layihəsində iştirak etməyəcək. Düzdür, Azərbaycan təşkilatın üzvüdür, ancaq bu simvolikdir. Kreml bu toplantıya Krım administrasiyasının nümayəndələrini dəvət edərsə, digər ölkələri də pis vəziyyətdə qoyacaq".

Politoloq bildirib ki, rəsmi Tiflis Moskva toplantısına aşağı səviyyəli nümayəndə heyəti göndərə bilər:

"Ukrayna kimi Gürcüstanın da təşkliat çərçivəsində Rusiya ilə əməkdaşlığı genişləndirməsi problematikdir. Bundan başqa, Rusiya Türkiyə ilə siyasi əlaqələri dondurub, iqtisadi əməkdaşlığı minimuma endirib, Moldovanın qərbyönlü siyasətini tənqid edir, Rumıniyada ABŞ-ın raketlərdən müdafiə sistemlərini özünə təhlükə sayır, Bolqarıstanın Qara dənizin dibi ilə boru xəttindən imtina qərarından isə narazıdır.

Bütün bunları nəzərə alsaq, indiki halda QDİƏT-in fəaliyyəti nominal xarakter daşıyır. Rusiyanın təşkilata üzv dövlətlərin bir çoxu ilə münasibətləri gərginləşdirməsi regional əməkdaşlıq imkanlarını minimuma endirdi. Halbuki təşkilat 1992-ci ildə təsis olunduqda qarşısına böyük hədəflər qoymuşdu".

Qeyd edək ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi Baş Assambleyasının (QDİƏT PA) 47-ci iclası iyunun 28-30-da Moskvada keçiriləcək.

Tarix
2016.06.28 / 17:55
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla