Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
14 Dekabr 2017


“Baku World Challenge” yarışının final mərhələsi başladı

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda GT3 dünya avtomobil yarışının final mərhələsinə start verilib.

Seçim turunda 14 beynəlxalq komanda və 30 yarış avtomobili iştirak edir. Avtoralli Bakıda uzunluğu 4 kilometr olan, Dövlət Bayrağı Meydanından dəniz sahili boyu xüsusi hazırlanmış yolda keçirilir.

Ferrari, Mclaren, Audi, Mercedes, Corvette, Lamborghini, Porsche, Nissan kimi markalar bu gün final mərhələsində birinci yer uğrunda mübarizə aparacaqlar.

Start ötən gün təsnifat yarışında ilk dörd yeri qazanan avtomobillərlə başlayacaq. Yarışa WRT, Sebastien Loeb Racing, BMW Sports Trophy, HTP Gravity Charouz komandalarının, müvafiq olaraq - Audi R8, Mercedes SLS AMG, Ferrari 458, McLaren MP-4 avtomobilləri ilə start veriləcək.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, avtomobil yarışının seçim turunun başlanılması ilə əlaqədar olaraq artıq birbaşa Azneft dairəsindən Bayıl qəsəbəsi və Bayraq meydanı istiqamətində avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub.

Onun sözlərinə görə, final mərhələsi başa çatanadək təhlükəsizliyin tam təmin edilməsi məqsədilə sürücülər, xüsusulə bölgədən paytaxta və paytaxtdan bölgəyə hərəkət edərkən alternativ yollardan istifadə etməlidir.
V.Əsədov bildirib ki, qeyd edilən müddətdə bölgələrdən paytaxt ərazisinə giriş üçün alternativ yol kimi 3-cü kənar dairəvi yolla Yasamal rayonu ərazisindən keçmək, "20-ci Sahə" dairəsindən isə Dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə istənilən istiqamətlər üzrə hərəkət təmin edilib.

Paytaxtın Neftçilər prospekti - Azneft dairəsindən Bayıl qəsəbəsi və həmin istiqamətlər üzrə respublikanın bölgələrinə çıxış mümkün olmadığından, Niyazi küçəsi ilə Mehdi Hüseyn küçəsindən keçməklə Parlament və Mətbuat prospektləri, eləcə də 3-cü kənar dairəvi yolla hərəkət edilməsi tövsiyə olunur.

Yarışı izləyən tamaşaçıların daşınması üçün metronun İçərişəhər, Elmlər Akademiyası, Sahil stansiyaları Azneft dairəsi, Səməd Vurğun bağı, "Yeni Bulvar" ərazisindən xüsusi sərnişin marşurutları fəaliyyət göstərir.
Qeyd edək ki, artıq 2013 FIA GT seriyasından olan avtomobillərin Baku World Challeng yarışı start götürüb. Yarışda 14 beynəlxalq komanda və 30 avtomobil iştirak edir. Bu yarış sentyabrın əvvəlində Navarrada keçirilmiş 2013 FIA GT seriyasından olan avtomobillərin yarışının son mərhələsinə dəstək yarışı kimi təşkil edilir.

Qeyd edək ki, yarış Eurosport və Almaniyanın RTL televiziya kanalları vasitəsilə canlı yayımlanır. Ümumilikdə isə turnur dunyanın 175 televiziya kanalı ilə nümayiş etdiriləcək ( Trend ).

Tarix
2013.11.24 / 10:06
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Rusiya Tvitteri qadağan etməyə hazırlaşır

Azərbaycanda ilk dəfə bələdiyyə taksi şirkəti yaratdı

17 min dollara mobil telefon...

Azərbaycanda taksilərlə bağlı mühüm – Dəyişiklik

Ən çox artım Azərbaycanda oldu – Formula-1

Formula-1: İlin ən yaxşı ötməsi Bakıda - Video

Alimləri robotlar üçün yeni texnologiya yaratdılar

Bayraq rəngində avtomobil hazırlandı - Video

Bakıda yanacaq məntəqəsi satışa çıxarıldı - Foto

“Qarabağ” avtomobil modelinin dizaynı - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla