Yuxarı

Avtoyolçular bayramlarını qeyd etdi - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avtomobil yolları işçilərinin peşə bayramı günü münasibəti ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və agentliyin kolektivi Fəxri Xiyabana gələrək mərhum prezident Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Agentlikdən Axar.az-a verilən məlumata görə, daha sonra Agentliyin kollektivi Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Peşə bayramı tədbiri AAYDA-nın inzibati binasının akt zalında davam etdirilib. S.Məmmədov bildirib ki, təkcə 2017-ci ildə 68 yol infrastrukturu layihəsi üzrə tikinti və yenidənqurma işləri başa çatdırılıb. Bu layihələrin həyata keçirilməsi 2,1 mln əhalinin yaşadığı 651 yaşayış məntəqəsini əhatə edib. 2018-ci ildə də bu istiqamətdə işlər davam etdiriləcək və daha 63 kəndlərarası, qəsəbələrarası avtomobil yollarının tikintisi olmaqla ümumilikdə 100-dən artıq yol infratsrukturu layihəsinin gerçəkləşdirilməsi nəzərdə tutulub.​

Sonra S.Məmmədov “Tərəqqi” medalı ilə təltif olunmuş və “Əməkdar mühənddis” fəxri adına layiq görülən şəxsləri təbrik edib.

Tarix
2018.02.22 / 17:28
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla