Yuxarı

Smartfonun qızmasının qarşısını belə almaq olar

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Smartfon istehsalçıları isti günlərdə “ağıllı” telefonlardan təhlükəsiz istifadə üçün bir neçə sadə qaydaya riayət edilməsini bildiriblər.

Axar.az xəbər verir ki, yüksək hava temperaturu elektron qurğuların həddindən çox qızmasına səbəb ola bilər, ancaq belə hallar təcrübədə çox az qeydə alınır.

“Müasir cihazlar satışa çıxarılmazdan öncə ekstremal soyuq və isti hava şəraitlərində diqqətlə yoxlanılır. Hesablamalara görə, cari ildə dünyada satılmış bütün smartfonların 0,0001 faiz təhlükəli həddə kimi qızacaq. Biz havanın temperaturu +35-dən yuxarı olduqda günəş şüalarının altında smartfondan uzun müddət istifadəni tövsiyə etmirik”, – deyə “Strategy Analytics” şirkətinin icraçı direktoru Nil Mouston qeyd edib.

“Bir qayda olaraq, elektron qurğular bu və ya digər dərəcədə ətraf mühitin təsirinə məruz qalırlar. İsti günlərdə smartfonların həddindən çox qızmasının qarşısını almaq üçün sadəcə bir neçə sadə qaydaya riayət etmək lazımdır: qoruyucu çexolu çıxartmaq, smartfonu ağır oyun və ya videolarla həddindən artıq yükləməmək, cihazı günəş şüalarının altında saxlamamaq”, - deyə “Huawei Consumer Business Group”un marketinq üzrə böyük meneceri Olqa Kobelskaya deyib.

Tarix
2018.08.07 / 00:18
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla