Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Avqust 2018


Almaniyanın avtomobil sənayesində çalxalanma

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyada avtomobil həvəskarları öz gözünə inanmır. Dünyanın ən iri avtomobil istehsalçısı “Volksvagen” konserni avqustun əvvəlində elan edib ki, bəzi modellərin satışı üçün sifarişlərin qəbulunu dayandırır.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, konsern hibrid avtomobillər və qazla işləyən maşınlar üçün 2018-ci ilin sonuna qədər alıcılardan sifarişlər qəbul etməyəcək. Elektromobillər sifariş edilə bilər, amma gözləmə müddəti təqribən 7 aydır.

Bir neçə məşhur avtomobil brendini birləşdirən “Volksvagen” konserni bütövlükdə deyil, ayrı-ayrı törəmə şirkətləri nəzərdən keçirilsə, daha təsirli mənzərə yaranar. “Audi” və “Porshe”də hibrid maşınların böyük əksəriyyətini sifariş etmək mümkün deyil. Belə ki, VV markalı maşınları zəruri texniki yeniliklərlə təchiz etməyə macal tapmırlar. Odur ki, yeni avtomobilləri avtosalonlara və alıcılara göndərmək yerinə uzun müddət dayanacaqlarda saxlayırlar.

Belə dayanacaqlar isə çatışmır. Konsern bütün Almaniya ərazisində, o cümlədən Berlindəki tikintisi başa çatmamış BER aeroportu ərazisində parketmə yerləri icarəyə götürməyə məcbur olub. Şirkət VV markalı maşınların model sırasını da ciddi nəzərdən keçirməli və Almaniya mətbuatının yazdığına görə, bəzi modifikasiyalarla, o cümlədən VV Qolf QTI kimi populyar modifikasiyalarla vidalaşmalı olacaq.

Almaniyanın “Daimler” şirkəti də avqustun 7-də elan edib ki, “Mersedes” avtomobillərini bütün sifarişçilərə vaxtında çatdıra bilməyəcək. Bu ilin iyul ayında 167 518 maşının satılmasının şirkətin tarixində ikinci ən yaxşı nəticə olmasına baxmayaraq, satışların ötən ilin iyul ayı ilə müqayisədə təqribən 8 faiz azaldığını göstərib. BVV-nin vəziyyəti bir qədər yaxşıdır. Amma bavariyalılar da konsernin model sırasındakı maşınların bir sıra modifikasiyalarından imtina etməli olublar. Bütün bunlar bütövlükdə Almaniyanın avtomobil bazarının dayanıqlı inkişafı şəraitində baş verib.

Bəs Avropanın avtomobil sənayesinin liderlərinə nə olub? Nə üçün dünya şöhrətli istehsalçılar bütün arzu edənləri öz maşınları ilə təmin edə bilmirlər? Səbəb avtomobillərin ekoloji parametrlərinin laboratoriya sınaqlarının yeni VLTP prosedurandadır. Bu standart Avropa İttifaqında 2018-ci il sentyabrın 1-dən tətbiq olunacaq və ciddi tənqid olunan NEFZ standartını əvəzləyəcək.

VLTP standartı mahiyyət etibarilə yanacaq xərcləri və atmosferə atılan zəhərli qazlarla bağlı avtomobil istehsalçılarının göstərdikləri göstəriciləri real istismar göstəricilərinə yaxınlaşdırır. Almaniyalı mütəxəssislər bildirirlər ki, əvvəlki standart qüvvədə olan dövrdə laboratoriya göstəriciləri ilə real göstəricilər arasında fərq bəzən 40 faizə çatırdı.

Xatırladaq ki, dizel yanacağı ilə işləyən avtomobillərin atmosferə buraxdığı işlənmiş qazlarla bağlı laboratoriya tədqiqatlarının nəticələri ilə manipulyasiyalar 2015-ci ildə Almaniyanın avtomobil sənayesi tarixində çox böyük qalmaqala – “dizelgeyt”ə gətirib çıxarıb. “Volksvagen” konserni bu qalmaqalın mərkəzində olub. Onun menecerləri barəsində hələ də çoxsaylı araşdırmalar aparılır. Ancaq maşınların istismarının real göstəricilərinin az miqyasda ört-basdır edilməsi barədə ittihamlar Almaniyanın digər avtomobil istehsalçılarının ünvanına səslənib.

Tarix
2018.08.11 / 18:49
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Səsi tutan görünməz plyonka yaradıldı

"Ferrari" hər avtomobildən nə qədər qazanır? - Siyahı

Bakıda tramvaylar bərpa olunur? - Açıqlama

Votsap istifadəçilərinə şok: Bu boşluq sayəsində...

Smartfonun qızmasının qarşısını belə almaq olar

Azərbaycanda bir maşının qayda pozuntusu digərinə yazıldı

DYP-dən sürücülərə xəbərdarlıq: maşınınız yanıbsa...

Azərbaycan üçüncü peykini orbitə buraxır

İnstaqram və Feysbukdan daha bir - Yenilik

Quql insanları ölümsüz edəcək və ya öldürəcək - Şok

KULT
<>
Xəbər xətti
 
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla