Yuxarı

Rusiya Azərbaycana nə qədər avtomobil ixrac edib?

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

2018-ci ilin 8 ayının yekunlarına görə, Rusiya Azərbaycana 1745 avtomobil ixrac edib.

Axar.az xəbər verir ki, “AVTOSTAT” analitik agentliyinin məlumatına görə, hesabat dövründə Rusiya istehsalı olan minik avtomobillərinin ixrac həcmi (Gömrük İttifaqına daxil olan ölkələr istisna olmaqla) 18.223 vahid təşkil edib.

Əsas ixrac istiqamətləri arasında Çexiya seçilib. Onun payına ümumi sayın 23 faizi, yaxud 4198 avtomobil düşüb. Reytinq cədvəlində ikinci yeri Ukrayna (2803 ədəd) tutur, ilk üçlüyü Latviya (2223) tamamlayır. Bu ölkələrlə bərabər, Azərbaycanı və Özbəkistanı qeyd etmək olar. Ölkəmiz Rusiyadan 1745, Özbəkistan isə 1609 avtomobil idxal edib.

Hesabat dövründə ən çox ixrac edilən avtomobil (4662 ədəd) “AvtoBAZ” şirkətinin buraxdığı LADA 4x4 avtomobili olub. İkinci yeri 4145 avtomobillə Skoda Octavia, üçüncü yeri 1781 avtomobillə LADA Vesta tutub. Rusiyanın ən çox ixrac etdiyi avtomobil modellərinin ilk beşliyini Volkswagen Polo (1341ədəd) və KIA Rio (769 ədəd) tamamlayıb.

Tarix
2018.10.16 / 01:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla