Yuxarı

Bakıya yeni avtobuslar gətirildi - Foto

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaliq Faiqoğlu MMC avtobus parkının müasir və ekoloji standartlara cavab verən yeni avtobuslarla yenilənməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Bu məqsədlə şirkət Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əməkdaşlığa başlamış və 14 dekabr 2018-ci il tarixində əməkdaşlıq proqramı çərçivəsində alınması nəzərdə tutulan 70 avtobusun ilk hissəsi Bakıya gətirilib.

MMC-dən Axar.az-a verilən məlumata görə, AYİB ilə əməkdaşlıq çərçivəsində Türkiyənin “Anadolu İsuzu” şirkətinə sifariş edilmiş “İsuzu Citiport” markalı avtobuslar Avropanın ən komfortlu və erqonomik avtobusu hesab edilir. 2019-cu ilin model i olan 12 metrlik (üçqapılı) bu nəqliyyat vasitələri Avro 6 emissiyalıdır. Avtobuslar sərnişinlərin rahatlığı üçün bütün zəruri şərait o cümlədən USB portlar, fiziki məhdudiyyətli insanlar üçün pandus və isitmə-soyutma sistemləri ilə təchiz olunub. Eleqant interyerə malik olan avtobuslar öz seqmentində liderdir və sərnişinlərin rəğbətini qazanmışdır. Qeyd edək ki, ətraf mühitin dostu hesab edilən bu nəqliyyat vasitələri bütün ekoloji standartlara cavab verir və AYİB kimi nüfuzlu maliyyə qurumunun bu layihəni maliyyələşdirməsində əsas məqsəd məhz Bakı şəhərində ətraf mühitin qorunmasıdır.

“Xaliq Faiqoğlu” şirkəti ilə AYİB arasındakı kredit sazişi əsasında sifariş verilmiş avtobusların qalan hissəsi 2019-cu ilin ilk aylarında hissə-hissə Bakı şəhərinə gətiriləcək.

Tarix
2018.12.17 / 12:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla