Yuxarı

İşlənmiş avtomobil alanlara - Avtoməsləhət

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Opel", "Mersedes" kimi işlənmiş alman avtomobillərini almağı tövsiyə edən insanlar bu markaların yeni Yaponiya, Koreya maşınlarından daha əlverişli olduğunu hesab edir.

Bu sözləri Axar.az-a ikinci əl avtomobil almaq istəyən və seçimdə çətinlik çəkən insanlar nələrə diqqət etməlidir mövzusunda danışan avtomobil mütəxəssisi Şahin Qasımov deyib:

"Əlində 5-10 min dollar arası pul olan və bu qiymət aralığında avtomobil almaq istəyən insanlar adətən avtomobil seçimində tərəddüd edir. Seçimdə çətinlik çəkən insanlara bəziləri BMV, "Mersedes-Benz", "Opel", bir qism insan isə Yaponiya, Koreya istehsalı olan avtomobil almağı tövsiyə edir. "Opel", "Mersedes" kimi işlənmiş alman istehsalı olan avtomobilləri almağı tövsiyə edən insanlar bu markaların yeni Yaponiya, Koreya maşınlarından daha əlverişli olduğunu hesab edir.

Azərbaycan üçün bu reallığı biz də təsdiqləyirik. Ancaq əsl sual budur ki, işlənmiş maşını hansı kriteriyalara görə dəyərləndirməliyik? Necə edək ki, seçdiyimiz avtomobilin xərci çox olmasın və seçimimizdə aldanmayaq?

1. Gövdə (kuzov) zərbəsi testi

Əvvəlcə maşın seçərkən avtomobilin ciddi zərbə alıb-almadığına diqqət edin. Avtomobildə müxtəlif cızıqlar ola bilər. Yüngül cızıqlardan və dəmirdəki kiçik batıqlardan dolayı bəzi detalların rənglənməsi də normaldır. Hətta tək-tək detallar dəyişdirilə də bilər. İşlənmiş avtomobildə bu hallar normaldır və bu kimi şeylər ciddi bir narahatlıq əmələ gətirmir. Əsas məsələ avtomobilin güclü zərbə görüb-görmədiyidir. Bir sözlə, ilk növbədə avtomobilin zərbə nəticəsində öz oxundan çıxmadığına əmin olun.

2. Güc aqreqatı testi

Burada əsas məsələ mühərrik və sürət qutusudur. Bunları mütləq bu sahədə peşəkar olan bir şəxsə göstərin. Əgər sizə heç kəs kömək etmirsə, özünüz sadəcə mühərrikə qulaq asın. Mühərrik sakit və sabit işləməlidir. Burada musiqidəki kimi ritm ahəngdarlığı olmalıdır. Mühərrikə stabil formada qulaq asdıqdan sonra qaz verib yenə də qulaq asmaq lazımdır.

Sürət qutusunu isə avtomobili sürərək yoxlamaq olar. Ötürmələr rahat və səssiz olmalıdır. Ötürmə arası keçidləri yüngül şəkildə hiss edə bilərsiniz, bu problem deyil.

3. Elektronika testi

Elektronika testi üçün mütləq skanerdən (diaqnostika) istifadə olunmalıdır. Bu yoxlamanın çox əhəmiyyətli olduğu üçün etibar etdiyiniz bir ustaya müraciət etməyiniz daha yaxşıdır. Müasir avtomobillər demək olar ki, tam bir elektronik sistemlə idarə olunur və bütün bu sistemlər vəhdətdə çalışır. Əgər sistemdə ciddi bir problem varsa, o, gələcəkdə sizə ciddi xərclərə başa gələ bilər. Ona görə də avtomobil alarkən bu yoxlamanı etmək vacibdir.

4. Düzgün seçim.

Avtomobil alarkən bir neçə seçim arasında qalmaq bir çox insanı çaşdırır. Hamı komfortlu və ucuz maşın axtarır. Belə bir şey isə demək olar ki, yoxdur. Avtomobil qiymətlərində onların xüsusiyyətlərinə görə məlum bir hədd var. Bu qiymət ətrafında alıcı onun üçün vacib sayılan özəlliklərə sahib avtomobil seçməlidir. Məsələn, alınacaq avtomobildə əsas sayılan 5 özəlliyi bir kağıza yazmaqla seçimi müəyyənləşdirmək olar. Ya da bu haqda bir mütəxəssislə məsləhət etmək olar. Yaddan çıxarmaq lazım deyil ki, ideal avtomobil yoxdur, yalnız alıcını tələblərinə uyğun seçim var.

5. Servis xərcləri

Azərbaycanda əksər alıcılar avtomobil alan zaman öncə onun xərcləri və ehtiyat hissələrinin qiyməti ilə maraqlanır. Bu isə səhv bir yanaşmadır. Ehtiyat hissələri adətən biri-birinə yaxın qiymətdə olur. Ən düzgün xərc hesablanması hər km-ə görə xərci hesablamaqdır. Əks halda bu, alıcını çaşdıra bilər. Məsələn, alıcı bir ehtiyat hissəsinin qiymətini soruşub onun 250 manat olduğunu öyrənəndə narahat olur. Halbuki bu maşını almaq istəyən adam bu detalın 100.000 km-dən bir dəyişmə ehtimalı olduğunu bilmir. Yaxud alıcı maşını cəmi bir il ərzində 10 min km sürəcəksə, bu o deməkdir ki, həmin detalı bir də 10 ildən sonra alıb dəyişəcək.

Ümumilikdə əgər bir avtomobil düzgün baxışdan keçirsə, ən ideal servis xərcləri hər 1 km-ə görə hesablanmalıdır. Son olaraq onu deyə bilərəm ki, avtomobil alarkən onu il ərzində nə qədər sürəcəyənizi təxmin etmək və hazırkı vəziyyətini bilməyiniz lazımdır".

Tarix
2015.11.07 / 11:31
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla