Yuxarı

Sona Vəliyevanın “İşığa gedən yol”u Tiflisdə - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tiflisdə fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyində filologiya üzrə fəlsəfə doktoru, yazıçı-publisist Sona Vəliyevanın Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi, “Əkinçi” qəzetinin yaradıcısı Həsən bəy Zərdabiyə həsr olunan “İşığa gedən yol” romanının təqdimatı keçirilib.

Axar.az xəbər verir ki, tədbiri Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan şöbəsinin rəhbəri Rafiq Hümmət açıb. O, əsərin ədəbi-bədii və tarixi məziyyətlərinə toxunaraq “İşığa gedən yol” romanının peşəkar qələmin məhsulu olduğunu bildirib:

“Hər bir gənc jurnalist tariximizi yaxşı bilməlidir. Düşünürəm ki, bu əsər jurnalistika sahəsində çalışan qələm sahibləri və araşdırmalar aparan mütəxəssis alimlər üçün qiymətli nəsr əsəridir”.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Sona Vəliyevanin yaradıcılığı ilə tanış olduğunu və onun müəllifi olduğu “İşığa gedən yol” romanının tədbirinin Tflisdə keçirilməsini alqışlayıb. O, Zərdabinin həyatının öyrənilməsinin gərəkliliyindən danışıb və müəllifə bu mövzuya müraciət etdiyi üçün öz təşəkkürünü bildirib.

Mərasimdə çıxış edən Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının sədri Sevil Yusifova Sona Vəliyevanı Gürcüstanda yaşayan soydaşlarımızın yaxından tanıdıqlarını deyib:

“Artıq Gürcüstan elitası yazıçının həyat və yaradıcılığı ilə tanış olublar. Bu, onun soydaşlarımızla ikinci görüşüdür. Tiflisdə yazıçının “Arazbarı” kitabının da təqdimatı keçirilib. “İşığa gedən yol” romanında Zərdabinin indiyə kimi hələ işıq özü görməmiş bir çox həyati məqamları üzə çıxarılıb. Əsərin dili rəvan və axıcıdır. Əsəri oxuyan oxucu sanki həmsöhbətilə söhbətləşir. Adətən, yazıçılar qələmə aldıqları tarixi əsərlərin dilini qəlizləşdirməyə çalışırlar. Sona Vəliyevanın qələmə aldığı əsərinsə dil məziyyətləri mənalı və gözəldir. Kitab poliqrafiya tərtibatı baxımından da çox nəfisdir. “İşığa gedən yol” romanının gürcü dilinə tərcümə olunmasını da vacib hesab edirəm”.

Sonda Sevil Yusifova bildirib ki: “Fikrimcə, Sona Vəliyeva Tanrı tərəfindən seçilmiş ziyalılarımızdandır. Məhz Tanrının seçdiyi insan ona bəxş edilən müqəddəs missiyanı yerinə yetirərək həyatını işığa doğru istiqamətləndirən və ilahi missiyanı yerinə yetirən böyük mütəfəkkir, Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçi Həsən bəy Zərdabinin həyatından məzmunlu tarixi bir roman ərsəyə gətirə bilər”.

Gürcüstan parlamentinin deputatları Mahir Dərziyev və Ruslan Hacıyev, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Məmmədzadə, şair Osman Əhmədoğlu, tərcüməçi Cambul Məmmədli, gənc yazıçı Kamran Kiryakov və başqaları roman və onun yazılış tarixi haqqında fikirlərini bildiriblər.

Tədbirdə yazıçı Sona Vəliyevanın həyat və yaradıcılığı haqqında da ətraflı məlumat verilib.

Tədbirdə həmçinin gürcü və Azərbaycan tarixi dostluğundan, Azərbaycan və gürcü ədəbiyyatının inkişafından, yazıçılarımızın əsərlərinin gürcü dilinə tərcüməsindən də söhbət açılıb. Mərasimdə söz alan qocaman jurnalist Emin Elsevər “İşığa gedən yol” romanının gürcü dilinə tərcümə olunmasını öz üzərinə götürməyə hazır olduğunu deyib.

Təqdimat mərasimində Azərbaycanın Gürcüstandakı səfirliyinin birinci katibi Elçin Məmmədov, Gürcüstanın ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr və Tiflis azərbaycanlıları iştirak ediblər.

Tarix
2017.03.29 / 16:48
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla