Yuxarı

Səlim Babullaoğlu hansı məzhəbə qulluq etdiyini dedi

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

İçkini atmağım dinlə bağlı olmayıb. Sadəcə olaraq bir gün yetişdi və mən başa düşdüm ki, içki nə stressi götürür, nə rahatlıq gətirir. Əksinə, baş ağrısı, halsızlıq gətirir və sairə. Bu baxımdan mən sırf tibbi baxımdan hesab etdim ki, həm də həkimlər belə hesab etdilər ki, mən içməsəm daha yaxşı olar.

Kult.az xəbər verir ki, bunu Musavat.com-a açıqlamasında şair-tərcüməçi Səlim Babullaoğlu deyib.

S.Babullaoğlu artıq 20 ildir ki, namazla məşğul olduğunu deyib:

“Həm oruc tuturam, həm də namaz qılıram. Ana və ata tərəfdən də babalarım, nənələrim ibadət edən adamlar olub”.

“Hansı məzhəbə quluq edirsiz” sualına isə şair-tərcüməçi bu cür cavab verib:

“Allahın məzhəbinə. Mən şiə-sünni ayrı-seçkiliyinin qəti əleyhinəyəm. Çünki İslam dini bölüşdürücü deyil, birləşdirici dindir. Mən özümü nə sünni, nə də şiə hesab edirəm, sadəcə müsəlmanam.

Mən içki içənlərin əleyhinə deyiləm. Kimsə içki içmək istəyirsə içsin, siqaret çəkmək istəyirsə çəksin. Zatən bunun üçün heç bir nə inzibati qadağa yoxdur. Bəli, din, Qurani-Kərim deyir ki, içməyin, amma din deyir deyə polis qadağa qoymur ki, heç kim içməsin. Mən sadəcə hesab edirəm ki, tibbi-nöqteyi nəzərdən xüsusən siqaret, o cümlədən içki insan orqanizminə ziyandır, insanı başdan aparır. Əgər biz ölkədə cinayətkarlığın, faciələrin statistikasını aparmalı olsaq, görərik ki, bunların əksəriyyəti içki zəminində baş verir. Ona görə də adamlar içməsə daha yaxşı olar. Amma mən çoxlu sayda insan tanıyıram ki, onlar içməyi də, özlərini aparmağı da bacarırlar. Təəssüf ki, hamı belə deyil".

Tarix
2017.04.22 / 10:07
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla