Yuxarı

“Bayıldan bayıra” həbsxana sirlərini açdı - Foto

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda şair, yazıçı Faiq Balabəylinin “Bayıldan bayıra” kitabının təqdimat mərasimi keçirilib.

Axar.az xəbər verir ki, mərasimdə tanınmış yazıçılar, şairlər, oxucular və media nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan şair İlqar Fəhmi Faiq Balabəylinin yaradıcılığından danışıb və “Bayıldan Bayır”a kitabının qəribə enerjisi olduğunu deyib:

“Kitabda nə qədər ağrılı şeylərdən bəhs olunsa da, bu, oxucuya mənfi enerji ötürmür. Yəni fərdin ağrılarını oxucu hiss etmir. Faiq müəllim bunu çox ustalıqla işləyib”.

Daha sonra söz alan xalq şairi Sabir Rüstəmxanlı və tanınmış yazıçı Seyran Səxavət müəllifin həssaslığından, müşahidə qabiliyyətindən, şeirdən nəsrə keçməsindən söz açıb.

Əməkdar artist Şövqi Hüseynov da Faiq Balabəylini təbrik edib, ona yaradıcılıq uğurları arzulayıb.

Şair Bilal Alarlı “Bu kitabda yazılanları tam dərk etmək üçün həmin hadisələri yaşamaq lazımdır. Mən də bu həyatı iki il yaşamışam. Buna görə də kitabı tamamilə dərk edirəm. Faiq bəy həbsxana həyatının bütün cizgilərini ustalıqla əks etdirib”, - deyib.

Şair Kəmaləddin Qədim müəllifin yazı dilinin axıcılığını, rəvanlığını vurğulayıb.

Tədbir zamanı 46 nörməli məktəbin şagirdləri Faiq Balabəylinin şeirlərini səsləndiriblər.

Mərasim şair və yazıçıların çıxışları ilə davam edib. Sonda Faiq Balabəyli kitablarını imzalayıb.

Tarix
2017.05.03 / 15:50
Müəllif
Turanə Məmmədli
Şərhlər
Digər xəbərlər

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla