Yuxarı

Ən çox qazanan qadın yazıçılar

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Forbes” jurnalı 2016-cı ildə əsərlərinə görə ən yüksək gəlir əldə edən qadın yazıçıların adlarını açıqlayıb.

Kult.az xəbər verir ki, 2016-cı ilin nəticəsinə əsasən, dünya üzrə ən yüksək qazanca malik müəlliflərin siyahısında 17 yerdən 6-nı qadınlar tutub. Milyonlarla nüsxə satılan “Qatardakı qız” kitabının müəllifi Pola Hokins ən varlı yazıçı qadınlar siyahısına daxil olub. O, 10 milyon dollar qazanaraq reytinqdə 5-ci yerdə qərarlaşıb.

Ən varlı yazıçı qadınların reytinqinə isə “Harri Poter” barədə əsərlərin müəllifi Coan Roulinq başçılıq edir. Sehrli dünya haqda kitablar öz müəllifinə keçən il 19 milyon dollar olmaqla stabil gəlir gətirməkdə davam edir. “Qarışıq” reytinqdə isə Roulinq üçüncü yeri tutur.

Qadınların siyahısında ikinci və üçüncü yerin sahibləri məşhur romançılar, hər biri 15 milyon dollar qazanmağa nail olan Nora Roberts və Daniela Stildir.

Məşhur “Bozun 50 çaları” kitabının müəllifi, eyni adlı filmin çəkilişindən sonra dünya şöhrəti qazanan Erika Leonard Ceyms 14 milyon dollarla dördüncü sırada yer alır.

Tarix
2017.06.14 / 01:28
Müəllif
Kult.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla