Yuxarı

O dünyada dirilən xanım sular, gəlin sular...

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az şair Tofiq Nurəlinin şeirlərini təqdim edir:

SULAR

Bu dünyadan çirkli gedib

O dünyadan təmiz gələn

xanım sular,

gəlin sular...

Bu dünyadan suçlu gedib,

Bu dünyada puç olub gedib

O dünyada dirilən sular

xanım sular,

gəlin sular...

Hər iki dünyanı görən

əvvəl sular, axır sular...

Bu dünyadan o dünyaya,

o dünyadan bu dünyaya

axan sular,

axar sular—

xanım sular,

gəlin sular..,

məni də yoldaş götürün!

Çirkin-pasın ovcundayam,

dörd yanımı borc bürüyüb—

gör nələrin borcundayam?!

Vicdandan borc xərcləmişəm!

Mən bəxti vurdum top kimi,

Vurduğum yerə düşmədi.

İlahinin işıqları

Durduğum yerə düşmədi.

İnsan adına nə varsa

Mənimçün hamısı sınıb.

İçimdə göz-gözü görmür -

İçimin şamları sönüb.

Zamanın bu parasında

Hər yan yaşdı, quru yoxdu...

Üstündə durduğum vaxtın

Heç bir yandan nuru yoxdu...

Çirkli gedib pak qayıdan,

Cod gedib ipək qayıdan

xanım sular,

gəlin sular

məni də yoldaş götürün

dalınızca gəlim,sular.

Bircə dəfə möhlət olsun,

dönər olsun gedər yolum.

İlahi, rüsxətin varmı

Gedim-gəlim insan olum?!

Qış qayğısı

Yazda toxum kimi zoğ atıb çıxıb

Yarpaq açacağam gül açacağam

Bu köhnə dilimi qoyub bir yana

inan ki, təzədən dil açacağam

Bu qışı birtəhər keçirə bilsəm...

Sazaq iliyimə işləyən zaman-

Bir isti misraya tutsam əlimi-

Tələsə-tələsə gələn dumandan

Qırov bağlayanda daş da çör-çöp də...

Qəfil yıxılmasam bu ötə-ötdə...

Bu qışı birtəhər keçirə bilsəm...

Çovğundan yerlə göy seçilməyəndə,

Başın itirəndə tamam çöl-bayır,

Domnadan tökülən yanar poladtək

Görərsən dilimdə söz parıldayır

Bu qışı birtəhər keçirə bilsəm...

Bu da bir istəkdir düşüb könlümə

Mən yaz vurğunu da deyiləm, düzü,

Bürüyür qəlbimi şairanəlik

Payıza dönəndə dünyanın üzü.

Baba dağı

(Tahir müəllimə məktub)

Ay müəllim, Baba dağı necədi?

Kəllər gədiklərdən aşırmı görən?

Gecələr dünyanı leysan döyəndə

Sellər dərələrdən daşırmı görən?

Qayasında çox laçınlar qovmuşam,

Yuvasından göyərçinlər qovmuşam,

Qırt oturan bildirçinlər qovmuşam—

Biri günahımdan keçirmi görən?

İlk sözümü şimşəklərə yazmışdım—

Heç bilmirəm neçə kərə yazmışdım...

Sinfimizdə bəxtəvərə yazmışdım

O ağı qaradan seçirmi görən?

Leysanından tutub göyə çıxardım—

Leysan məni döyə-döyə çıxardım...

Heç bilmirəm göyə niyə çıxardım—

Leysanlar bu sirri açarmı görən?

Sevdiklərim köçdü getdi dünyadan,

Mənə bir eşq borclu getdi dünyadan...

Bu üzüboz,qovdu-qaçdı dünyadan

İlk eşqin gözü su içirmi görən?

Mən də gəlib enişlərə çatmışam

İlkinliyə dönüşlərə çatmışam...

Dağ qartalı, mən bilmirəm, qardaşım...

Dağlardan-dağlara köçürmü görən?

Ay müəllim, Baba dağı necədi?!

Zirvələrin ay çırağı necədi?!

Qarşısında günahlarım neçədi

Pirim günahları ölçürmü görən?!

Tarix
2017.07.10 / 01:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla